Yuxarı

Vüqar Əhməd sədr təyin olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Əhməd sədr təyin olundu

Bu gün AMEA-nın Ədəbiyyat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Moderator.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən Elmi Şurada bir çox cari məsələlərə baxılıb.

Eyni zamanda tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor, sevilən şair Vüqar Əhmədin "Ön söz"ü, tərtibi və izahlarla hazırladığı İran və Azərbaycanın böyük şairi M.Şəhriyarın fars "Divan"ından poetik və filoloji tərcümələrdən ibarət kitab yekdilliklə çapa məsləhət bilinib. Kitabın elmi redaktoru akademik İ.Həbibbəyli, məsləhətçisi professor T.Əhmədov, rəyçisi, böyük elmi işçi H.Mustafa Mail oğludur.

İclasada həmçinin yeni qurumun yaradılması haqqında qərar qəbul olundu. İdeya müəllifi akademik İ.Həbibbəyli olan yeni qurum "Ədəbiyyatşünaslıq+bədii yaradıcılıq" birliyi adlanır. Birlik İnstitutda çalışan alimlərin bədii əsərlərinin, tərcümələrinin təbliği, çapı ilə məşğul olacaq. Birliyin ətrafında elm ocağında çalışan ədəbiyyatşünaslar toplaşacaq. Mütamadi olaraq onların nəsr və poeziya nümunələri nəşr olunacaq, bəyənilən şeirlərə nəğmələr bəstələnəcək.

Akademik İsa Həbibbəyli Vüqar Əhmədin çoxşaxəli yaradıcılına dəyər verərək qeyd edib ki, bu vəzifəyə - Birliyin sədrliyinə Vüqar Əhmədi məsləhət bilir. İsa müəllim eyni zamanda məsləhət görüb ki, elmi hesabatlarda bədii yaradıcılıq da öz əksini tapsın.

V.Əhməd yüksək etimada görə vaxtı ilə doktorluq dissertasiyasına birinci opponenti olmuş İsa müəllimə, Şura üzvlərinə təşəkkürünü bildirib.

Tarix
2016.10.29 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...

İlham Əliyev bu tədbirdə iştirak edir - Canlı

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla