Yuxarı

Aydan və Tahir Salahovlar Putinə dəstək vermədilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydan və Tahir Salahovlar Putinə dəstək vermədilər

Aydan Salahovanın Feysbuk səhifəsinə yerləşdirilmiş məlumatda onun Putinə Krım məsələsində dəstək vermədiyi bildirilir.

Azərbaycanlı rəssamlar Aydan və Tahir Salahovların və arxitektor Yuriy Qnedovskinin adı Prezident Vladimir Putini dəstəkləyən mədəniyyət xadimləri siyahısından çıxarılıb.

Aydan Salahovanın Feysbuk səhifəsində Vasiliy Şumov tərəfindən yazılmış məlumatda deyilir ki, Salahova Putinin Ukrayna və Krımla bağlı mövqeyini dəstəkləyən məktuba imza atmayıb.

Lenta.ru xəbər verir ki, Rusiya Mədəniyyət Nazirliyinin saytında dərc olunmuş müraciətdə hazırda 511 imza var. Daha əvvəl isə Putinə müraciətin altında 514 imza var idi.

Bundan başqa, Rusiya mediasının yazdığına görə, 2005-ci ildə vəfat etmiş rəssam Viktor Tsiqalın da adı Putinə dəstək müraciətini imzalayanların siyahısında olsa da, sonradan çıxarılıb.

Rusiya Mədəniyyət Nazirliyinin saytında mədəniyyət xadimləri tərəfindən imzalandığı bildirilən müraciətdə, "Krım və həmvətənlərimizin taleyinin həll olunduğu bir vaxtda mədəniyyət xadimləri soyuq qəlbliklə biganə müşahidəçilər olaraq qala bilməz" deyilir və Rusiya prezidentinin Ukrayna və Krımla bağlı mövqeyinə "güclü dəstək" ifadə olunur (BBC Azərbaycan).

Tarix
2014.03.20 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla