Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Həyat yoldaşı Hüseyn Dəryanın şok videosundan danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-də avtomobil qəzası keçirərək dünyasını dəyişən reper Hüseyn Dəryanın ötən gün yeni videosu yayılıb.

"Xeber.info"nun əməkdaşı Fəxrəddin Sadıqzadənin "Mən Hüseyn Dəryanın son səsini eşitdim, o, ölməmişdi" iddiası hər kəsin diqqətini çəkib. Videoda hətta reperin keçmiş həyat yoldaşı Sona da Hüseynin cəsədini avtomobilə qoyanda onun xırıltılı səsini eşitdiyini bildirib.

Məsələ ilə bağlı Sona İbadova fikrini belə ifadə edib:

"Videoda hər şey aydın görünür. Orada səs eşitdim, qışqırdım ki, Hüseyndir, onun səsi gəlir. Heç kim mənə fikir vermədi, dedilər, sən şokdasan. Hətta məni dəli olmaqla ittiham etdilər. Dünən bu videonu görəndən özümə gələ bilmirəm. Niyə həmin vaxt o səsi eşidənlər danışmadı? Niyə mənə dəli dedilər? Bu məsələni ailəsi araşdırsın. Mən iddia qaldıra bilmirəm, çünki arxamda dayanacaq adamım yoxdur".

S.İbadova Hüseyni tez-tez yuxuda gördüyünü bildirib:

"Axırıncı dəfə bu gecə yuxuma girmişdi. Nə dediyi tam yadımda qalmayıb, hər yer dumanlı idi. Hüseynin vəfatından sonra psixologiyam pozulub. Orada cəsədi açıb baxdım, qorxdum. İndi evdə tək otura bilmirəm. Anam işə getmir, yanımda qalır, bir otaqdan o birisinə də onunla keçirəm. Anam mağazaya düşəndə xalam uşaqları gəlir yanımda oturur. Oğlum Cahangir dünən evə gətirilib. Hüseyn vəfatından iki gün əvvəl bizdə idi, burada qalmışdı, oğlunun otağında yatmışdı. İndi Cahangir o otağa girmir, bütün günü atasından danışır. Deyir, ana, məni qucaqladı, mənimlə oynadı. Yadına nə düşürsə, danışır. Baş verənləri hələ tam dərk etmir".

"Dünən qəbrini ziyarətə getmişdim. İki saat orada qaldım, söhbət etdim, dərdləşdim. Tez-tez qəbrinin üstünə gedirəm, təsəlli tapıram. İki saat ərzində o qədər insan, sevənləri gəldi ki. Heç tanımadığımız insanlar gəlirdi, gül qoyurdu. İçlərində gənclər də, yaşlılar da var idi" deyən Sona İbadova mətbuatda onun adından yazılan söz-söhbətlərə də son qoyub:

"Yalandan yazıblar ki, guya mən demişəm, Hüseyn qəsdən özünü "Kamaz"ın altına atıb. Hüseyn heç vaxt intihar etməz. Mən heç kimə bu haqda müsahibə verməmişəm. Mənim dilimdən yalan yazmasınlar. Kimin sualı varsa, zəng etsin, bu günə kimi həmişə jurnalistlərlə mehriban olmuşam. Nə soruşublar, cavablandırmışam". ("Axşam.az")

Hüseyn Dəryanın sağ olduğu iddia edilən videoya bu linkdən baxa bilərsiniz.

Tarix
2014.03.22 / 19:48
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü

Metrodakı şortik olayı: İlahiyyatçı və yazar baxışı

Məşhur müğənninin toyudur - Foto

Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır

Azərbaycan xanının xəlifəyə qandonduran məktubu - Video

85 milyon illik dinozavr tapıldı - Foto

Eynşteynin irqçi fikirləri dərc olundu: Çinlilər pinti və...

Novruz Məmmədov Parisdə sərgidə çıxış etdi - Foto

"Maşın" şounun canlı yayımı dayandı: səbəb... - Video

Bəzi verilişlər uşaqların əxlaqını pozur – Millət vəkili

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla