Yuxarı

“Azdrama”nın aktyorları tamaşadan imtina etdilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azdrama”nın aktyorları tamaşadan imtina etdilər

Akademik Milli Dram Teatrının səhnəsində quruluş verilən "Qatil" əsəri ətrafında qalmaqal yekunlaşmamış, daha bir tamaşa gərginliyə səbəb olub. Bu dəfə Əli Əmirlinin və Teatr Xadimləri İttifaqının sədri, rejissor Azər Paşa Nemətovun birgə fəaliyyəti nəticəsində səhnəyə çıxarılan "Şah Qacar" tamaşasının kulisində yaşananlar barədə AzNews.az-a maraqlı məlumatlar daxil olub.

Məlumata görə, əsərə quruluş verilərkən, tamaşada baş verən hadisələr orada rol alan aktyorların narazılığına səbəb olub. Aktyorların etirazına səbəb rejissorun Ağaməhəmməd Şah Qacarın öldüyü səhnənin faktaloji canlandıra bilməməsi olub: "Aktyorlar tərəfindən əsərin müəllifinin diqqətinə çatdırıldı ki, Ağaməhəmməd Şah Qacarın Çar Rusiyasının kəşfiyyatı tərəfindən öldürülməsi olduğu kimi canlandırılmalıdır. Bu fakt isə sözügedən tamaşada öz əksini tapmayıb. Tamaşanın müəllifinə dedik ki, Azərbaycan müstəqil dövlətdir, indi kimdən qorxursunuz? Bilmirsiniz ki, Ağaməhəmməd Şah Qacarı rus kəşfiyyatı öldürüb, niyə bu həqiqəti açmırsan? Onun diqqətinə çatdırıldı ki, bütün bu fəlakətləri edənlərin Rusiya olduğunu məgər bilmirlər... Əli Əmirli isə cavabında "Mən tarixi bilmirəm" dedi. Onda sual verdik ki, tarixi bilməyən dramaturq niyə, tarixi əsəri səhnəyə gətirir?".

İrad tamaşanın rejissoru Azər Paşa Nemətova da bildirilib. Amma Azərpaşa Nemətovun verdiyi cavab aktyorları özündən çıxarıb: "Dedik ki, istər Əbdürrəhim bəy Haqverdiyev, istərsə də Səməd Vurğun Ağaməhəməd Şah Qacarın xidmətçi tərəfindən öldürüldüyünü yazıb. O dövrü başa düşürdük. Bu gün siz rus kəşfiyyatının xəyanətini tamaşaçıya çatdırmalısınız. Azər Paşa Nemətov isə "Mənə tarix lazımdır? Tarix mənim nə vecimə? Müəllif nə yazıbsa, o da oynanılacaq. Mənim üçün tarix mənasızdır" - dedi. Biz də dedik ki, belə tamaşada oynaya bilmərik. Onun qarşısında şərt kimi qoyduq ki, əsər yenidən işlənməlidir. Əgər tamaşada problemlər tam açılmasa, orada işləmək də mənasızdır".

Teatrdan o da qeyd olunub ki, bəzi aktyorlar tamaşada rol almaqdan bu məsələyə görə, imtina ediblər.

Tarix
2014.04.02 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla