Yuxarı

“Hələ ölməmişəm ki, belə edirsiniz” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hələ ölməmişəm ki, belə edirsiniz” - Video

"Mən hələ diriyəm, ölməmişəm ki, belə edirsiniz!"

Bu sözləri Xalq artisti Flora Kərimova "Axar.az"a verdiyi açıqlamasında həyat yoldaşı tərəfindən ona həsr olunan "Söz olmasaydı" mahnısının müğənni Abbas Bağırov tərəfindən oxunmasına münasibət bildirərkən deyıb:

"Həyat yoldaşım tərəfindən mənə beş, altı mahnı həsr olunub. Bəzi müğənnilər mahnını oxuyurlar, amma düzgün ifa etmirlər. O da mənə çox ağır gəlir, ya sözlərini dəyişirlər, ya da musiqisini alt-üst edirlər. Bunlardan biri də Abbas Bağırovdur. Mahnını gözəl ifa edib, ancaq mahnıda musiqinin yerlərinin dəyişib, düzgün oxumayıb. Mən heç vaxt demərəm ki, mənim mahnılarımı oxuma, amma oxuyursansa, müraciət elə. Bu haqda danışmaq mənə çox çətindir, çünki bəstəkarın ruhu inciyir. Mən bəstəkarın və ailəsinin adından deyirəm ki, belə şey eləməyin. Əgər belə şey edirlərsə, ayıb olsun. Siz Azərbaycan musiqisinə zərər gətirirsiniz. Mən diriyəm, hələ ölməmişəm ki, belə edirsiniz!".

Mən heç kəsdən icazə almalı deyildim

Müğənni Abbas Bağırov isə mahnını düzgün oxuduğunu və bəstəkardan icazə aldığını bildirdi:

"Mahnını beş il bundan əvvəl oxumuşam. Bəstəkardan icazə almışam, əcəb edib oxumuşam. Mən heç kəsdən icazə almalı deyildim, musiqidə də heç nəyin yerini dəyişməmişəm. Mahnını əla oxumuşam, sözləri və musiqisi də yerindədir. Bəstəkar da mənə zəng vurub mahnının xeyir-duasını verib. Flora xanım özü də dəfələrlə məni görəndə mahnını çox gözəl ifa etdiyimi bildirib. Bəs indi nə oldu?".

Abbas Bağırovun ifasında:

Tarix
2014.04.05 / 14:13
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla