Yuxarı

Bu il Novruz belə qeyd ediləcək...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz şənliyinə hazırlıqla bağlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin məsul əməkdaşları, regional mədəniyyət və turizm idarələrinin rəisləri, teatr-konsert müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirib ki, Novruz bayramı bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq. Onun sözlərinə görə, bayramın böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planı tərtib olunub, əlaqədar təşkilatlara və şəxslərə müvafiq tapşırıqlar verilib: "Ümumxalq şənliyi martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Bununla bağlı təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib. Xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan Novruz bayramı prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə hər il yüksək səviyyədə qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyi də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri görülür".

Ə. Vəliyev əlavə edib ki, bu vaxta qədər bayram şənliyi çərçivəsində təşkil olunan Şərq bazarında ölkəmizin 30-35 rayonun stendləri qurulub, nümayiş etdirilirdi. Builki mərasimdə bütün rayonlarımız təmsil olunacaq, bu ilin yanvar ayından fəaliyyətə başlayan regional mədəniyyət və turizm idarələrinin stendləri qurulacaq.

Tarix
2017.02.18 / 16:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla