Yuxarı

“Qarabağ hekayələri” böyük maraqla qarşılandı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ hekayələri” böyük maraqla qarşılandı - Foto

Boluda millət vəkili Qənirə Paşayevanın “Qarabağ hekayələri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

Axar.az xəbər verir ki, millət vəkili kitabı hazırlamaqda əsas məqsədinin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib.

Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışan Q.Paşayeva beynəlxalq təşkilatların ikili standart və ədalətsizliklərini xüsusilə qeyd edib:

“Təəssüf ki, BMT TŞ, AŞPA və digər beynəlxalq təşkilatlar qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər. Ermənistan ön cəbhədə mülki insanları hədəfə alaraq qətlə yetirir, insanların evlərini dağıdır. Bu cür insanlıqdan kənar əməllər, cinayətlər Ermənistan xislətinə xas addımlardır, amma Azərbaycan və ordusu işğalçılara layiq olduqları cavabı verir”.

Kitabda yer alan bir-birindən dəyərli hekayələrin Azərbaycanın haqq səsini öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid etdiyini deyən millət vəkili mərasimə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb.

Qeyd edək ki, “Qarabağ hekayələri” kitabı XX əsrdə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

Tarix
2017.03.11 / 15:11
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla