Yuxarı

İlham Əliyevdən Firəngiz Əlizadə ilə bağlı - Qərar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyev Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəni “Şərəf” ordeni ilə təltif edib.

Kult.az xatırladır ki, Firəngiz Əlizadə 1947-ci ilin 28 mayında Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını (1970, U.Xəlilovun fortepiano sinfini, 1972; Q.Qarayevin bəstəkarlıq sinfini) bitirib. Fortepiano sonatasının (1970), fortepiano ilə orkestr üçün konsertin (1972), simli kvartet (1974), simfoniya (1976), "Vətən haqqında nəğmələr" oratoriyası (N.Xəzrinin sözlərinə), violonçel ilə fortepiano üçün "Habilsayağı" (1979), orqan üçün fantaziya (1982), "Ağ atlı haqqında əfsanə" rok-operası (1985), "Üç akvarel" vokal silsiləsi (N.Rəfibəylinin sözlərinə), simli kvartet üçün "Dilogiya-1" (1988), "Dilogiya-II" (1989), "Boş beşik" (1993) baletinin, "Dərviş" (Nəsiminin sözlərinə, 2000) əsərinin, kinofilmlərə musiqi və s.-nin müəllifidir.

Bir çox müasir musiqi festivallarında iştirak edib (İtaliya, İsveç, Qərbi Berlin, Meksika, ABŞ, İngiltərə, Hollandiya). Bəstəkarlardan A.Şönberq, A.Berq, O.Messian, C.C.Keys, A.Şnitke, S.Qubaydulina, E.Denisov, V.Silvestrov və b.-nın, həmçinin öz əsərlərini pianoçu kimi böyük ustalıqla ifa edir. 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir.

O, 1990-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibidir.

Tarix
2017.05.22 / 19:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla