Yuxarı

“Qız yükü”nü yaradanların qalmaqalı böyüyür

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qız yükü”nü yaradanların qalmaqalı böyüyür

"Nəzərdə tutulan qonorarı almaq üçün mənə heç kəs müraciət etməyib. Özüm bir neçə müddət keçəndən sonra ona müraciət etdim ki, qonorarımı nə vaxt ala bilərəm?"

Bu sözləri Axar.az-a işinin müqabilində ona veriləcək qonorarı ala bilmədiyini söyləyən ssenarist Arzu Soltan "Qız yükü" serialının rejissoru İntiqam Hacılı ilə aralarında yaranmış məsələylə bağlı açıqlama verərkən dedi.

Aktrisa qeyd edir ki, əvvəldən o və İ.Hacılı arasında serialın hər bölümünə görə qonorar müəyyən edilib:
"Əvvəldən bizim danışığımız oldu ki, hər bölümə ayrılan qonorar məbləği var. O da mənə nəzərdə tutulmuş qonorarın 1/3 hissəsi qədərində məbləğ yazdı ki, sizə bu qədər pul veriləcək, gəlin, alın. Mən əvvəlcədən nə qədər məbləğə danışılıbsa o qədər də qonorar tələb edirəm".

A.Soltan qeyd edir ki, bu məsələ mətbuatda gedəndən sonra ona bircə dəfə zəng gəlib: "Bu hadisə aktuallaşdı və onu məhkəməyə verdiyimi biləndən sonra mənə zəng elədi. Həmin vaxt da mən hüzrdə olduğum üçün telefona cavab verə bilməmişəm. Bundan başqa mənə bir dəfə də zəng etməyib".

Aktrisa İ. Hacılıya qarşı etdiyi məhkəmə şikayətini isə ancaq bir halda geri götürəcəyini bildirdi:
"Əziyyətimin müqabilində əvvəldən danışdığımız formada əməkhaqqımı versin, məhkəmə şikayətimi geri götürüm. Əks halda bu ayın 16-na məhkəmə iclası təyin edilib. İntiqam Hacılı da ora dəvət olunub. Əziyyət çəkib gəlsin, məhkəmədə cavab versin".

Qeyd edək ki, Arzu Soltan ATV kanalında yayımlanan "Qız yükü" serialının ssenarisini yazdığı bölümlərinin qonorarını ala bilmədiyini iddia edərək serialın rejissoru İ. Hacılını məhkəməyə verib.

Tarix
2014.06.12 / 07:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla