Yuxarı

Bakıda dördüncü bayraq festivalı keçirildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Bakı İdman Sarayında dördüncü bayraq festivalı keçirilib.

Kult.az xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağı haqqında kəlamlarının nümayişi ilə başlayıb.

Festivalda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbçiləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra bayraq haqqında videoçarx nümayiş etdirilib.

Tədbirdə, həmçinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının tarixinə nəzər salınıb və həmin bayraqlar sərgilənib.

Festivalda Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, bayraq taqımının, xüsusi təyinatlıların nümunəvi çıxışlarından sonra incəsənət ustalarının ifasında konsert proqramı təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Tarix
2017.11.08 / 21:55
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla