Yuxarı

Bu muzey 2018-ci ilin ən innovativ binasındadır - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın BBC teleradio yayım şirkəti 2018-ci ildə inşa ediləcək səkkiz ən innovativ və maraqlı binanın adını açıqlayıb. Helsinkidəki "Amos Rex" muzeyi də bu siyahıya daxil edilib.

Kult.az xəbər verir ki, yeni muzey kompleksi əvvəllər Helsinki avtovağzalının olduğu Lasipalatsinaukio meydanındakı Şüşə sarayda (Lasipalatsi) və yerin altında yerləşəcək.

Bu mədəniyyət kompleksi Şüşə sarayda yerləşən "Bio Rex" kinoteatrını xatırlatmaq üçün "Amos Rex" adlandırılacaq və Amos Andersonun Mədəniyyət Muzeyi buraya köçürüləcək. Yeraltı muzeyin tikintisi ilə yanaşı, 1935-ci ildə funksionalizm tərzində inşa edilmiş Şüşə sarayın əsaslı təmiri də aparılır. İnşaat işlərini və muzeyin fəaliyyətini İsveç fondu Föreningen Konstsamfundet maliyyələşdirir.

"Amos Rex" muzeyinin açılışı bu il yayın sonu, yaxud payızın əvvəlinə nəzərdə tutulub. Dünyanın ən innovativ tikililəri siyahısına Gizada yerləşən Böyük Misir Muzeyinin yeni binası, Çindəki Uxan Qrinlend Mərkəzinin 120 mərtəbəli göydələni, Kopenhagendəki BLOX binası, Fransanın Narbon şəhərində qədim Roma qalasının bərpa işləri ilə tanış olmaq imkanı verən muzey və Dandi şəhərində açılacaq Şotlandiyanın ilk dizayn muzeyi də daxildir.

Tarix
2018.01.06 / 01:51
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla