Yüksək dərəcəli vokalist müğənni Gülyanaq Məmmədova ilə
söhbətimizdə çox məsələlərə toxunduq və maraqlı cavablar aldıq.
- İfanız türk tamaşaçısını heyran edib. Deyəsən, siz də
həmkarlarınıza qoşulub Türkiyə şou-biznesinə qatılmaq
istəyirsiniz?
- Əbəs yerə deməyiblər ki, qonşu-qonşuya baxar, canını oda atar.
Yox, zarafat edirəm. Mən digər sənətçilərdən fərqli olaraq Türkiyə
şou-biznesinə özüm qatılmadım, heç elə fikrim də yox idi.
Türkiyədən dəvət aldım. İki tanınmış kanalda TRT xəbər və Kanal
24-də çıxışım oldu. TRT xəbər çıxışımdan sonra Bakıya dönər-dönməz
Kanal 24-dən təklif aldım. İfamı çox bəyəndiklərini və öz
kanallarında qonaq görməkdən şərəf duyduqlarını söylədilər. Mən də
təklifi yüksək qiymətləndirib yenidən qardaş Türkiyəyə yola düşdüm.
Ən əsas onu deyim ki, mən başqa müğənnilər kimi gedib orda
kanallara pul verib dəvət almıram. Buna görə də mənim üçün bu
gözləniləməz təklif şərəf duyacağım bir addım oldu. İnanın ki, ifam
zamanı hamısı susub mat-məəttəl baxırdılar. Efirdən sonra
pərdəarxası danışıqlar oldu. İnanın ki, onların dili ilə desək, qız
səndə nə "qıtlax" var, sən bizi heyran elədin. Azərbaycan deyəndə
ancaq Zeynəb Xanlarova düşür bizim yadımıza, vəssalam.
- Niyə, Gülyanaq xanım, bu gün Röya, Aygün və bir
çoxları deyirlər ki, biz Türkiyə şou-biznesinə qoşulmuşuq. Bu,
yalandır ki?
- Bilmirəm, vallah. O əziyyətlər Azərbaycan şou-biznesi üçündür.
Fakt olaraq onların dediyi sözləri deyirəm. Onlar mənə söylədi ki,
biz Azərbaycan sənətçisi deyəndə bir tək Zeynəb Xanlarova yadımıza
düşür. Təbliğat olunmalıdır ki, biz onları tanıdığımız kimi onlar
da bizi tanısınlar. Nəyə görə biz onların ən adi, özlərinin qiymət
vermədiyi, saymadığı bir müğənnini gətirib Azərbaycanda şah kimi
başda otuzdururuq, yüksək qonorar verib ən gözəl konsert
salonlarında ulduz edirik? Bəs niyə onlar bizim ulduzlarımızı
tanımasın? Günah yenə də özümüzdədir. Azərbaycanda gözəl ifalar
var. Mən "Kəkliy"i canlı ifa etdim, əlləri havada alqışladılar. Biz
təbliğimizi gözəl qurmalıyıq. Bu işdə Qənirə Paşayevaya
minnətdaram. Mən orda bir neçə Azərbaycan sənətçisinin adını çəkdim
ki, onlar sizin şou-biznesə qoşulublar, dedilər ki, biz sizin
ifanız kimi ifaları bəyənirik. İstədilər ki, orda qalıb müəllim
kimi dərs verim. Amma dedim ki, Azərbaycanda dərs verirəm, gözəl
tələbələrim var. Özləri də bildirir ki, pop eşitməkdən bezmişik,
daha "türk sanat" eşitmək istəyirik. İki özümüzdən oxuyanda, bir də
onlardan oxudum.
- Yeni konsert düşünürsünüz?
- Tələblərimlə dinləyicilərə gözəl bir gün yaşatmaq istəyirik.
Amma məşqlərə vaxtım yoxdur. Vaxt azlığından əziyyət çəkirəm.
İnşallah, bu aylarda həyata keçirməyi planlaşdırırıq.
- Yeri gəlmişkən, bəs Gülyaz xanım niyə Teymur Əmrahın
evlilik təklifini rədd etdi?
- Bilirsiniz, Teymur bizim ailəvi dostumuz, qardaşımızdır. Həm
də Gülyazın oğlu özü boydadır, o indən belə ailə qurmaz axı. Mediya
hər hadisəni qabardır. Ürəyin kimi sevib, kimi sevməyəcəyini heç
kim bilmir. O, qəlbin öz əmridir. Bacım da bu təklifi eşitdi və
hörmət edərək "yox, mənim ailə quran yaşım deyil",- deyib, sakitcə
bu söhbəti bağladı. Biz yenə də Teymur bəylə dostuq.
- İlhamə Quliyeva bəzi müğənnilərə titul verir. Siz
necə, istəmirsinizmi birini də sizə versin?
- Mənə ulu öndərimiz Heydər Əliyev bir fəxri ad verib. İnşallah,
davamını İlham Əliyev verər. Dövlətin diqqəti, qayğısı bizə yetir.
Prezidentimiz bizi evlə və prezident təqaüdü ilə mükafatlandırıb.
Mənim üçün önəmli olan prezidentin verdiyi fəxri adlardır. İlhamə
Quliyevaya hörmətim var, amma başqa ada ehtiyacım yoxdur.
- Bu gün yaşlı sənətçilərimiz cavan müğənniləri tənqid
edərək gündəmdə şou yaradırlar. Münasibətiniz necədir?
- Gənclərimiz gözəl oxuyur. Pisləri də var. Amma təhqir yox,
tənqid edib mədəni şəkildə yol göstərsinlər. Bu nədir axı,
dava-dalaş edib illərlə yığdıqları hörməti də gözdən salırlar.
Münasibətim əlbəttə ki, pisdir. Yerlərini bilsinlər. Paxıllıq
etməklə, söz atmaqla gözdən düşürlər. Həmişə belə olub, belə də
olacaq. Gələn gedir, yerini gənclər alır. Gərək səhnədən üzüsulu
gedəsən ki, hörmətli olasan. Baxın, Elmira Rəhimovaya.
Xanım-xatınlığını neçə qoruyur. Zamanında oxuyub, dəsti xəttini
qoyub, çəkilib kənardan cavanları izləyir, yol göstərir. Bu gün bu
qalmaqallı işlərə qarışsa, kim onun adını çəkəcəkdi? Heç kim. Bu
gün cavanlarla dava edən yaşlı sənətçilər hörmətdən düşür. Amma mən
özüm bir sənət adamı kimi daim böyüklərə hörət edirəm, haqqımda nə
desələr də, fikirləşirəm ki, o efirdə oxuynda mən kənddə
oynayırdım. Adam hardan hara gəldiyini unutmaz.
- Gülyanaq xanım, indi bir çox müğənnilərimiz cangüdənlə
gəzir. Siz belə ehtiyat tədbirindən istifadə etməyi
düşünmürsünüz?
- Xalq məni Gülyanaq elədi, tanıtdı. İndi mən yekəlim ki, ondan
mənə zərər gələcək? Mənə xalqdan sevgidən başqa heç bir pislik
gəlməyib. Mən heç kimə yüksəkdən aşağı baxa bilmərəm.
- Bəs siz neçə qalmaqaldan uzaq qala
bilirsiniz?
- Üç-dörd dəfə bizi də əsəbləşdirdilər. Amma biz bacılar səbirli
olub sözün sonuna yetdik. Yalanı, doğrunu öz dillərindən eşitdik.
Natavan Həbibinin bizi pislədiyini çatdırdılar. Zəng etdik, dedi,
əksinə, tərifləmişəm ki, bizi təmsil edən müsabiqələrə o bacılar
qoşulmalıdır. Sonra Şəbnəm Tapdıq. Həm də bir insanı hamı sevə
bilməz axı. Mənim üçün belə dava-şavalar maraqlı deyil. İnsanlara
da niyə bu söz-söhbət maraqlıdır, bilmirəm. Sonra da medianın
üstünə atırlar. Günah özlərindədir.
- Toylara siz də gedirsiniz. Olubmu ki, pulunuzu
verməyələr? Və yaxud toyda döyülmə…
- (Qulaqlarını çəkir) Allah eləməsin. Yox, elə pis hadisələrlə
hələ ki, rastlaşmamışam, şükür. Amma pulumu kəsiblər. Toya
dəvətlilər gəlməyib, gözlənilməz hadisələr olub, üç-dörd dəfə
pulumu kəsiblər. Mən toyda 6 saat canlı oxuyuram.
- Deyirlər, bacınızla küsülüsünüz. Ona görə tədbirlərədə
cüt görünmürsünz…
- Yox, qətiyyən, iraq. Sadəcə, onun işi olur, mən gedirəm
çağrılan yerə, ya da mənim işim olur, o gedir. Tam təsadüfdür,
küsülü deyilik. Biz çox mehriban ailəyik. Gözdən, nəzərdən uzaq
olsun. Həm də nə qədər bir yerdə olaq, oxuyaq? Axı adam tək də
oxumaq istəyir ki, ürəyini boşaltsın. Bir də iki qız üçün duetlik
mahnılar gec-gec yaranır.
- Özünüzü şou əhli hesab edirsiniz?
- O qazanda həm varam, həm də yox. Bir də görürəm özüm də
bilmədən o qazanda qaynayıram. Orda olsaq da, təsadüfən düşsək də,
qalmaqalsızıq. Elə pis bir zamana gəlmişik ki, 20 illik hörmətini
bu günə, bir dəqiqəyə məhv edərlər. Bəzən bildiklərimizi də
demirik, susuruq. Güya deyənlərə kim qulaq asır?
Əli Mirəliyev özü deyir, özü eşidir. O gün baxıram bir verilişdə
Əli Mirəliyev neçə gözəl danışdı ki, sənət toydan ibarət deyil.
Toyu efirə gətirmək olmaz. Bəyəndim. Amma kimdir ona qulaq asan?
Heç kim. Hamı öz işindədir. Toyunu çoxaltmaqla məşğuldur.
- Ailə ilə sənət bir yerdə yola gedirmi?
- Gedir e, çox cətin. İkisi də vaxt-zaman istəyir. Amma ikisini
də razı salamq çox cətindir.
- Gün ərzində neçə saat muğam
dinləyirsiniz?
- Muğamı bir saatdan artıq dinlmək olmur. Şəxsən məni yorur.
Muğamı həzm etmək ağırdır. Ona görə az-az qəbul etməlisən ki, başa
düşəsən. Hər şey qədərində gözəldir.
- Eşitdik, estetik əməliyyat eşqinə
düşmüsünüz?
- Yox-yox, bu hardan çıxdı? Mənə deyirlər, qulaqlarını bir az
arxaya elətdir, heç fikirləşmirəm də belə şeyi. Mən botoksun,
estetikin əleyhinə deyiləm, sadəcə, elə edirlər ki, olan-qalan
yaraşıqları da əldən gedir, meymun vəziyyətinə düşürlər. Məsələn,
40 ildir atamı keçəl görürəm. Hamıdan da yaxşı ad-san qazanıb, sözü
keçən kişidir. Tərəfadarıyam, burnun eybəcərdi, psixolojı təsir
edir, formaya sal. Dodaqlarını şişirdirlər, sonra da efirdə iki
dişinin arasına alıb başlayırlar çeynəməyə. O qədər əsbiləşirəm! 70
yaşında olan biri çıxır, yaşını danır, özünü 50 yaşında göstərməyə
çalışır. Başa düşmürəm niyə. Allah sonumuzu xeyir eləsin.