Yuxarı

Akademik medianı təbrik etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü ilə bağlı media nümayəndələrini təbrik edib.

Kult.az xəbər verir ki, akademik milli mətbuatın böyük tarixi ilə fəxr edə biləcəyimizi deyib.

"1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmışdır. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir", - Y.Mahmudov qeyd edib.

Akademik vurğulayıb ki, Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır. Kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirirlər:

"Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir”.

Sonda Tarix İnstitutunun gördüyü işlərə həssaslıqla yanaşdığı üçün mediaya təşəkkür edən akademik KİV-ə yeni-yeni uğurlar arzulayıb.

Tarix
2018.07.21 / 18:25
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla