Yuxarı

“Kişilər yazılarına qadın imzası qoyurdu…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kişilər yazılarına qadın imzası qoyurdu…”

Müsahibimiz daha çox nəğməkar şair olaraq tanınan Vüqar Əhməddir.

Hər gün yazmaq məsələsi yoxdur

- Vüqar müəllim, sizin yaradıcılığınız çoxşaxəlidir. Şeir, publisist yazılar, elmi-tədqiqat əsərləri, tərcümələr... Yorulmursuz ki?

- Bilirsiniz, mən bəzən aylarla yaradıcılıqla məşğul olmuram. Saytlara müsahibələr verirəm. Kiçik yazılar yazıram, ruhum hansı janrda köklənirsə, o sahədə ədəbi-bədii yaradıcılıqla məşğul oluram. Yəni mənim hər gün yazmaq planım yoxdur. Kəmiyyətə fikir vermirəm, əsərlərimin sayı artıq olsun deyə yazmıram. Hər gün yazsam, şübhəsiz, yorularam.

Sərsəmləmələr, ateist şərhlər məni yorur

- Amma bəzən yorğun görünürsüz..

- Olur. Ən çox həyatımızdakı haqsızlıqlar, sosial şəbəkədəki səviyyəli görünmək xatirinə yazılan yazılar, mülahizələr, sərsəmləmələr, ateist şərhlər məni yorur, ruhumu incidir.

- Bəlkə heç onları oxumayasız...

- Oxumamaq da olmur, insan ətrafda baş verən acınacaqlı hallara necə laqeyd qalsın?

Sevgi dolu mesajlar alıram

- Sizin yaradıcılığınıza bəzən ironiya ilə yanaşırlar. Necə düşünürsüz, bu adamlarda obyektivlik var? Bəlkə o insanlar sizin şeirlərinizin alt qatındakı mənaları dərk edə bilmirlər?

- İroniya olur. Siz özünüz bəyəndiyim, istedalı ədibsiniz. Bilirsiz ki, bunlar ağızları ətə çatmayanlardır, ona görə də ironiya edir, ətə "çiy" deyirlər. Çoxu da ədəbiyyatdan kənar insanlardır. Obyektivlik ola bilməz, qeyri-təvazökarlıq olsa da deməliyəm: 50 milyonluq Azərbaycan dünyasının bəlkə yarısından gündəlik sevgi dolu mesajlar alıram.

Şairlər yazır, altına qadın imzası qoyurdular

- Bu mesajlarda nədən bəhs olunur?

- Əlbətdə ki əsərlərimə verilən yüksək dəyər, qiymət əks olunur. İndi 30-40 milyon adamın verdiyi qiymət düzdür, yoxsa uzağı 7 nəfər texniki təhsilli, yaxud heç bir ali təhsili olmayan, məktəb oxumayan jurnalistin? İndi təhqirlə yazılan yazılardan uzağam. Həmin yazıları da vaxtı ilə öyrənirdim ki, bəzi şairlər yazır, altına qadın imzası qoyurdular. Mən heç vaxt zərif məxluqlarla kobud davranmamışam. Nə yazsalar da onlara cavab vermərəm.

- Baxmayın, yenə də ürək bulanır da

- Qeyri-təvazökarlıq olsa da deməyim yerinə düşər: yaradıcılığıma istər böyük alimlərimiz, istərsə də qurban olduğum Güneyli-Qüzeyli xalqım tərəfindən həmişə yüksək qiymət verilib. Bu il martın beşində böyük alimimiz, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətində məni Fəxri Fərmanla təltif edəndə dediyi sözü unutmuram. O dedi ki, romanınızı oxudum, çox güclü yazırsız. İnanın, alqışlar salonu bürüdü. Yəni akademiklərimizin sürəkli alqışları. Həyəcandan bu böyük insana, dahi alimə təşəkkür belə edə bilmədim.

Bəyənilməyən sual

- Vüqar müəllim, sizcə bu gün sizə qarşı olan haqsız təpkilər haradan qaynaqlanır?

- Mənə qarşı heç bir təpki yoxdur. Yoxdursa da demək heç yerdən qaynaqlanmır. Feysbukda yazılan bir şərh təpki deyil. O yazılanlar paxıllıqdır. Bu sualını bəyənmədim.

- Sizcə, gənc və istedadlılara bu qısqanclığın arxasında nə durur?

- Həmişə istdedalılara istedadsızlar, sənətə, ədəbiyyata müxtəlif yollarla dürtülmək istəyənlər paxıllıq edib. Tarixən belə olub, belə də olacaq. Bizim xalq böyük xalqdır. Torpaqların getməsi də, Nobel ala bilməməyimiz də, dünyada yazarlarımızın tanınmaması da qısqanclığın, bir-birinin ayağından çəkməyin nəticəsidir.

Tarix
2014.09.20 / 09:15
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Andrey Babiş Azərbaycana gəlir

Azərbaycan neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla