Yuxarı

Süleymanın sirli sandığı: içindən çıxan kağızlar şok etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün böyük Osmanlı sultanı Süleyman Qanuninin anım günüdür.

Kult.az xəbər verir ki, o, 1566-cı il sentyabrın 7-də vəfat edib. Sultanın ölümü ilə bağlı müxtəlif versiyalar var. Bəzi mənbələrdə Qanuninin qətlə yetirildiyi, bəzilərində isə qocalıb öldüyü yazılıb.

Sultan 1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı, Ziqetvar qalasının zəbti əsnasında, 72 yaşında vəfat edib. Deyilənə görə, onun daxili orqanları qalanın ətrafında basdırılıb, cəsədi isə İstanbula gətirilərək, Süleymaniyyə məscidində dəfn edilib.

Qanuni Sultan Süleymanın vəfat etdiyi zaman yerinə yetirilməsini istədiyi bir vəsiyyəti var idi. Bu vəsiyyət hamını təəccübləndirmişdi. O istəyirdi ki, özünə aid kiçik sandığı da yanında dəfn edilsin. Bu vəsiyyətdən sonra sandıq meydana çıxarılır və hazır saxlanılır.

Ölümündən sonra sultanın nəşi dəfn edilmək üçün öz adına tikdirdiyi Süleymaniyyə məscidinin həyətindəki türbəsinə gətirilir və ortaya qoyulur. Sandığın içində nə olduğundan hamı xəbərsiz idi. Şeyxülislam Əbussuud əfəndiyə Sultan Süleymanın belə bir vəsiyyəti olduğu deyilir. O isə “bu vəsiyyəti yerinə yetirə bilmərik, İslama ziddir” deyir. Ona padşahın vəsiyyətini bir daha xatırladırlar. Əbussuud əfəndi deyir ki, Sultan Süleyman heç vaxt dinin əmrlərinə qarşı gəlməzdi.

Çox götür-qoydan sonra vəsiyyətin yerinə yetirilməməsinə qərar verilir. Lakin hər kəsi bu sual düşündürürdü: Sandığın içində nə var?

Əbussuud əfəndi sandığın açılmasını istəyir. Xidmətçilər sandığı ona verəndə yerə düşür və içindəki kağızlar yerə tökülür. Bunlar Sultan Süleyman Qanuninin edəcəyi işlərin, verəcəyi qərarların dinə uyğun olub-olmadığı haqqında Şeyxülislamdan aldığı fətvalar idi.

Qanuni bu addımı ilə “Nə etdimsə, fətva ilə etdim. Qəbirdə sorğuya çəkilsəm, şahid olaraq bunları göstərəcəyəm və Allahın hüzuruna elə çıxacağam” demək istəyib.

Əbussuud əfəndi “Ey böyük Sultan, sən Allah yanında özünü təmizə çıxardın, məsuliyyəti bizə yüklədin, biz necə bunun altından qalxacağıq” deyib ağlayır.

Sultan Süleyman yaşadığı müddətdə ölkəni xeyirxahlıqla, ədalətlə idarə etmişdi.

“Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, Şah Süleyman bu dünyadan əliboş gedir” deyən Qanuni hakimiyyətdə olduğu 46 il ərzində hər zaman xalqın yanında olub.

Tarix
2018.09.07 / 07:00
Müəllif
Sevinc Xan Qızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla