Yuxarı

Əlimizdən alınan uşaqlığımız

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlimizdən alınan uşaqlığımız

Qanlı Yanvar hadisələri baş verəndə 7 yaşım olardı. Bizi faşistlərdən, Hitlərdən qoruyan ordunun xalqımıza nə üçün güllə atdığını başa düşə bilmirdim. Amma nələrinsə baş verdiyini anlayırdım. İnsanların göz yaşları ilə faciənin miqyasını dərk edirdik.

Bu günə qədər hadisələrlə bağlı anamın, nənəmin ağladıqları gözümün qarşısından getmir. Ağlamaqlarının səbəblərini öyrənmək istəyirdim. Onlara hadisələrlə bağlı suallar verirdim. Anam bizə sovet ordusunun xalqımıza qarşı etdiyi vəhşiliklərdən danışırdı. Artıq onu da dərk edirdik ki, bu ordu bizim ordu deyil. Orduya qarşı nifrətimiz gündən-günə artırdı.

Onu yaxşı xatırlayıram ki, ata babam o hadisələrdən sonra bərk insult keçirtdi. O, şəhidlərin məzarının qazılmasında iştirak edirkən halı pisləşmişdi. Oradan evə gətirmişdilər. Nə qədər müalicə olunsa da, dörd il sonra dünyasını dəyişdi.

O dövrün qəzetləri, xüsusilə "Səhər" qəzeti son illərə qədər bizim evimizdə saxlanılırdı. Həmin qəzetlər evdə olan sənədlərlə yanaşı qorunurdu. Hər dəfə qəzetlərə baxarkən hadisələr gözümün qarşısında yenidən canlanırdı.

Evimizdə 20 Yanvar şəhidləri ilə bağlı kitabları tez-tez vərəqləyirdim. Şəhidlərimizin xatirəsinə həsr olunan şeirləri əzbərləyirdim.

Sonradan ölkəmizdən çıxan sovet əsgərlərinin daş atdıqlarımızı yaxşı xatırlayıram. Bu gün də hadisələr lent kimi gözümün qarşısında canlanır. Dərk etmirdik ki, 20 Yanvar hadisələrini törədən qəddar, vəhşi ordu bizə də güllə atar. Hətta onlar bizi qorxurtmaq üçün güllələri suya da atdıqları gözümün önündən getmir.

Uşaqlarla 20 Yanvar qətlimanına əmr verən SSRİ rəhbəri Mixail Qorbaçovu ələ salırdıq. Ona sözlər qoşurduq. Yəqin dövrün uşaqları bunu yaxşı xatırlayarlar.

Uşaq olsaq da, məqsədimiz onlara, sovet ordusuna içimizdə olan nifrəti bildirmək idi. Hətta öz aramızda danışırdıq ki, müsəlman dövlətləri bizə köməyə gələcək. Türkiyənin, Pakistanın, Əfqanıstanın, ərəb dövlətlərinin Azərbaycana kömək üçün ordu göndərəcəyinə uşaq təfəkkürü ilə inanırdıq.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanlarımızı hörmətlə anıram.

Tarix
2019.01.21 / 22:14
Müəllif
Elnur Eltürk
Digər xəbərlər

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

İlham Əliyev Kiçik Qaladərəsindən video paylaşdı

Prezident "Xankəndi" otelinin açılışında - Foto

Pelleqrini Ağdama gəlir

Trampın İrana zərbə qərarı: ABŞ bu ölkələri “itirir”

İlham Əliyev Xurelsuxaya məktub göndərdi

Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

Trampın Xameneinin dəfni ilə bağlı tələbi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla