Tanınmış Amerika rejissoru
Kventin Tarantino onuncu filminin satışa çıxmasından sonra bir daha
kino çəkməməyi planlaşdırır.
Axar.az RİA
Novostiyə istinadla bildirir ki, Tarantinonun "Deadline"
portalında dərc olunmuş intervüsündə qeyd edildiyinə görə, on film
çəkmək və yeni kinolar gözləyən tamaşaçılara rəğmən getmək ideyası
"düzgün səslənir".
"Bəs kinostudiyadakı işinin əvəzində hansı işlə məşğul
olacaqsınız", - sualına cavab verən Tarantino pyeslər və kitablar
yazacağını bildirib. "Fikrimcə, səndən xahiş etməmiş özün səhnəni
tərk etməlisən", - deyə rejissor bildirib. "Mən tamaşaçılar daha
çox istədiyi sürəcə getmək ideyasını bəyənirəm", - Tarantino əlavə
edib.
Rejissor həmçinin bildirib ki, onun fikrincə, rejissorluq – gənc
adamların məşğuliyyətidir. "Mən məmnunam ki, gedərkən özümdən sonra
on filmdən ibarət filmoqrafiya qoyum. Ehtiyatda hələ iki filmim də
var. Bu, daşa həkk olunmuş qanun deyil, sadəcə, plandır", - deyə
rejissor fikirlərini bölüşüb.
Eyni zamanda, Tarantino yeni filmlə qayıtmaq varinatını da
nəzərdə tutub. "Əgər sonralar nə vaxtsa, təsadüfən yaxşı bir film
ideyasına bənd olsam, yalnız "gedirəm" dediyimə görə ondan imtina
etməyəcəyəm".
Xatırladaq ki, fevralda Tarantinonun "Kədərli səkkizlik" (The
Hateful Eight) layihəsini gerçəkləşdirmək üçün qayıdacağı, lakin
ssneraini yenidən yazacağı məlum olub. Bundan əvvəl isə informasiya
sızmasına görə o, çəkilişlərdən imtina etmişdi.