Yuxarı

Bakıda BMT Mədəniyyət Parkı yaradılır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda BMT Mədəniyyət Parkı yaradılır

Art Villa rəsm qalereyasında "H.E.Art” layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb.

Kult.az xəbər verir ki, BMT-nin yerli nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar.

Dayanıqlı İnkişaf Məqsədləri yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilib.

Parkın açılışdan öncə yanvar-mart ayları ərzində “Workshop” formatında yaradıcılıq tədbirlərinin keçirilir. Təşəbbüsü təşkilatçı tərəflərlə yanaşı, Azərbaycan Mədəniyyət Nazirliyi dəstəkləyir.

Yerli sakinlər və xarici qonaqların istifadəsinə açıq parkda Azərbaycan dövlətinin dünya ölkələri ilə olan dostluğunu əks etdirmək üçün müxtəlif səfir və nümayəndələr tərəfindən ağaclar əkiləcək. Parkda incəsənət nümunələrinin yerləşdirilməsi ilə yanaşı çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bir məkan kimi istifadə olunması nəzərdə tutulur.

Qeyd edək ki, HEART, Arts Council Azerbaijan təşkilatının neft çəlləklərinin istifadədən sonrakı emalına töhfə vermək məqsədi ilə yaratdığı ekoloji layihədir.

Tarix
2019.02.13 / 01:40
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla