Yuxarı

Məşhur Seyid Mirzə Cəlilə niyə pul göndərmişdi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın görkəmli xanəndəsi Seyid Şuşinskinin anadan olmasından 130 il ötür.

Kult.az xatırladır ki, o, 1889-cu il aprelin 12-də indiki Füzuli rayonunun Horadiz kəndində anadan olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il böyük alim Mir Möhsün Nəvvabın yanında təhsil alıb. Daha sonra isə Cabbar Qaryağdıoğlunun şagirdi olub.

Seyid Şuşinski “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyardı. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74-ü ötmüş Seyid bu muğamı həmin avazda ifa edər və qocalmağına rəğmən hələ də bu sənətin ustası olduğunu göstərərdi.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. O, ictimai-siyasi mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olub. Seyid bir sıra mübariz ruhlu mahnılar ifa edib: “Ayıl, ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s.

Görkəmli xanəndə yazıçı Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Bir dəfə o, “Molla Nəsrəddin” jurnalının çap olunmamasına görə narahat olub, Mirzə Cəlilə qəzetin çapı üçün tələb olunan pulu yollamış, həmçinin ona qonorar da göndərmişdi.

Ümumiyyətlə, Seyid Şuşinski həm də böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. S.Şuşinski “Cahargah”, “Mahur”, “Nəva”, “Məsnəvi”, “Osmanı”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib yeni variantda oxuyub. “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa edib.

Ömrünün 60 ilini Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına həsr edən Seyid Şuşinski 1965-ci ildə vəfat edib.

Tarix
2019.04.14 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla