Yuxarı

Azərbaycanın 10 yaşlı şairi kitablarını təqdim etdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın 10 yaşlı şairi kitablarını təqdim etdi - Foto

Azərbaycan Milli Kitabxanasında 10 yaşlı şair Sevindik Nəsiboğlunun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı kitablarının təqdimatı olub.

Kult.az xəbər verir ki, mərasimdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Sevindik Nəsiboğlunun cəmi 10 yaşı olmasına baxmayaraq, ədəbiyyata belə maraq duymasının təqdirəlayiq hal olduğunu bildirib.

Direktor qeyd edib ki, Sevindik həm də mütaliə edir və məhz bu keyfiyyət onun şeirlərində də özünü göstərir.

Professor Rafiq Yusifoğlu hər iki kitabın çap olunması və təqdimatı münasibətilə təbriklərini bildirib və Sevindik Nəsiboğlunun gələcəkdə yeni-yeni kitablarının çap olunmasını arzulayıb.

Digər çıxış edənlər də Sevindiyin çox böyük fitri istedada malik olduğunu, şeirlərində poetik bir üslub olduğunu, vətənpərvərlik üslubunda yazdığını bildiriblər.

Tədbirin sonunda 10 yaşlı şair “Zəngəzur” şeirini oxuyub, gələcək planlarından danışıb.

Tarix
2019.06.17 / 13:28
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla