Yuxarı

Tarix İnstitutu bu agentliklə əməkdaşlıq edəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarix İnstitutu bu agentliklə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək.

Tarix İnstitutundan Kult.az-a bildirilib ki, bu barədə Elmi şuranın iclasında qərara gəlinib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov deyib ki, Azərbaycan dünya səviyyəli turizm mərkəzinə çevrilir: “Ölkəmizə böyük turist axını var. Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə Azərbaycan tarixi ilə bağlı məlumatların turistlər arasında doğru-düzgün yayılması istiqamətində sıx əməkdaşlıq edəcək”.

Elmi şuranın iclasında agentliyin əməkdaşı Elşən Mustafayevin məruzəsi dinlənilib. O bildirib ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kiş” Tarix-Memarlıq qoruqları Dövlət Turizm Agentliyinin tabeliyindədir. Hazırda Agentlik AMEA və onun institutları ilə əməkdaşlıq məsələlərini müzakirə edir.

İclasda, həmçinin tariximizlə bağlı məlumatları özündə əks etdirən broşürlərin hazırlanması da müzakirə edilib. Bildirilib ki, bu işdə tarixçi alimlər agentliyə yaxından kömək edəcəklər.

Tarix
2019.07.04 / 23:45
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla