Yuxarı

Astara sakini öz hesabına muzey yaradıb - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara sakini öz hesabına muzey yaradıb.

"Xəzər Xəbər"in məlumatına görə, Astaranın Kakalos kəndində yerləşən muzeydə qədim qablar, geyimlər, pullar və digər eksponatlar nümayiş etdirilir.

Muzey 37 il əvvəl kənd sakini Fərbiyyə Şabanova tərəfindən yaradılıb. Həmin dövrlərdə pedoqoji fəaliyyətlə məşğul olan Fərbiyyə xanım muzeyin əsasını 200 eksponatla qoyub.

Sonra isə eksponatların sayı artdığından bura Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kənd filialı statusu verilib. Fərbiyyə Şabanova eksponatların bəzilərini pulla alıb, əksəriyyəti isə filiala müxtəlif insanlar tərəfindən bağışlanıb.

Muzey 30 bölmədən ibarətdir. Ekspozisiya bölməsi sırf Kakalos kəndinin tarixinə, əhalinin həyat tərzinə və məişətinə həsr olunub.

Xüsusilə, XIX əsrin əvvəllərində Fransadan gətirilmiş qrammofon, lampalar, qədim əlyazmalar və pullar turistlərin böyük marağına səbəb olur.

Fərbiyyə Şabanova kəndin tarixini öyrənmək üçün bu gün də axtarışda olduğunu deyir. O, yaxın gələcəkdə buranın filial kimi yox, müstəqil muzey kimi fəaliyyət göstərəcəyinə ümid edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2019.07.23 / 22:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla