Yuxarı

Rasim Balayev niyə həbs edilmişdi? - 10 maraqlı fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasim Balayev niyə həbs edilmişdi? - 10 maraqlı fakt

Bu gün Xalq artisti Rasim Balayevin 71 yaşı tamam olur.

Kult.az R.Balayevlə bağlı 10 maraqlı faktı təqdim edir:

1. R.Balayev 5-6 yaşlarında ikən əlifbanı bilirdi və sərbəst şəkildə kitab oxumağı bacarırdı.

2. Məşhur hind aktyoru Rac Kapurun o vaxt bütün Sovetlərə yayılan filmləri R.Balayevdə bu sənətə maraq oyadıb və tez-tez dostları üçün onun rollarını oynayıb. Xalq artisti illər sonra uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat alıb.

3. Sənətkar gənc yaşlarında dostu ilə qarışdığı davaya görə xuliqanlıq ittihamı ilə həbs edilib, 100 gün Gəncə həbsxanasında yatıb.

4. R.Balayev sevdiyi əmisi qızı ilə ailə həyatı qurub.

5.1972-ci ildə xəstəxanada yatan Rasimə Nəsimi rolu təklif olunsa da, ömrünə az qaldığını deyərək, bu roldan imtina edib. Rejissor Həsən Seyidbəyli səhiyyə nazirinə zəng vurub xahiş etdikdən sonra Rasim yenidən müayinədən keçirilir və Mərdəkana əsəb sanatoriyasında müalicə alan Rasim “Nəsimi”nin məşqlərinə başlayır. 1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimi Nəsimi roluna təsdiqlədikdən sonra sənətkar sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır.

6. Gənc ikən öləcəyini düşünən Rasim Balayev evə belə bir xəbər göndərir: “Ölsəm ikinci övladımın (Asim) qarşısına “R” hərfini artırarsınız.

7. Rasim Balayev hələ 34 yaşında ikən Azərbaycanın xalq artisti adını alıb.

8. Filmdə Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə, ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyib.

9. “Yeddi oğul istərəm” filmində Cəlal obrazını əslində Rasim Balayev canlandırmalı imiş, amma rejissor razılaşmayıb.

10. Sənətkar Azərbaycandan başqa Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda filmlərə çəkilib.

Tarix
2019.08.08 / 22:48
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

Azərbaycan və Əlcəzair XİN başçıları görüşdü

Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər

1992-ci ildə Heydər Əliyevin İrana səfəri zamanı... – Səfir

Bakıda hərbi parada hazırlıq işləri görülür - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla