Yuxarı

Məhkəmə önündə özünü yandıran Səhər kimdir?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Güney azərbaycanlı yazıçı Həsən Ərkin Tehranda məhkəmənin qarşısında özünü yandıran Səhər xanımla bağlı yazısını təqdim edir:

29 yaşlı Səhər ədalətsiz kəsilən hökmə etiraz edərək özünü yandırdı. Bir neçə gün xəstəxanada yatmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmadı və o, Aşura günü dünyasını dəyişdi.

Bəli, xəbər çox sadədir. Biz – 21-ci əsrin insanları (İran xalqı) rahatlıqla oxuduğumuz xəbərin və neçə minillik bəşər mədəniyyətinin mahiyyətinə varmadan, olaylara əhəmiyyət vermədən yaşayıb gedirik.

Səhər adi bir qız idi: heç bir siyasi fəaliyyəti yox idi, yaxud hər hansı partiyanın tərəfdarı deyildi. O, yalnız ölkə klublarının birinə azarkeşlik edir, günahı isə mərd kişilər kimi stadiona getmək istəməsi idi.

Ancaq toplumun patriarxal düşüncəsi onun qeyri-şəriəti istəyinin cəzasını verdi. O, qanuni saxlanılma, dindirilmə, mühakimə və 6 ay həbs cəzasına göz yummayaraq, etiraz etdi. Lakin o, hara etiraz edəcəyini, səsini kimə duyuracağını bilmədi. Bundan sonra canına qəsd etmək qərarına gəldi və zalımları cəzalandıracaq Allahın dərgahına yüksəldi. Səhər yandı, kül oldu... Onun külü sosial media fəalları tərəfindən dünyanın dörd bir yanına sovruldu.

Beləliklə, Səhərin yanmış bədəni bəşərsevər orqanların çoxu tərəfindən duyuldu.

Ancaq sən demə, toplumumuzun fərdi tənəffüs yolu bağlıdır. Sanki insanların düşüncəsinin çirklənməsi toplumumuzun tənəffüs yolunu ləkələyib.

Bu toplum öz qadın və qızlarının yanmış ətlərinin qoxusunu, göylərə yüksəlmiş imdad səsini duya bilmir.

“Ay kişilərin kişisi olan kişilər, biz də sizin kimi insanıq və insan kimi yaşamaq haqqımız var”, - Səhər bəlkə də bunu demək istədi...

Bizim toplumumuzun kişiləri bilməlidir ki, Səhər yalnız din məhkəməsi ilə mühakimə olunmadı. O, bundan öncə bizim patriarxal və irtica düşüncəmizlə yandırılmışdı. İnanmırsınızsa, çevrənizdə olan qızlara baxın və onlar haqqında düşündüklərinizi nəzərdən keçirin.

Mən də öz növbəmdə göz yaşlarımı silir və onun ruhunun şad olması üçün fatihə oxuyuram.

Nazlı qız, ruhun şad olsun!

Tarix
2019.09.12 / 08:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla