Yuxarı

Qasırğa Asiyanın ən böyük film festivalının işini dayandırdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qasırğa Asiyanın ən böyük film festivalının işini dayandırdı

Oktyabrın 2-də axşam saatlarında Cənubi Koreyanın cənub sahillərinə çatan “Mitaq” qasırğası Busan şəhərində işə başlayacaq və Asiyada ən böyük olan beynəlxalq film festivalının işini pozub.

Kult.az xəbər verir ki, festivalın təşkilat komitəsinə istinadla xəbər verir ki, oktyabrın 2-nə nəzərdə tutulan açılış tədbiri pis hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bundan başqa, qasırğanın gətirdiyi və sürəti saniyədə 30 metrə çatan külək, şiddətli yağışlar səbəbindən Busan şəhərindəki “Gimhae” beynəlxalq hava limanında 12 beynəlxalq reys də daxil olmaqla ümumilikdə 71 uçuşun təxirə salınması da film festivalının işinə mənfi təsir göstərib. Çıxış yolu kimi festivala dəvət olunan qonaqların paytaxt Seul aeroportlarında qəbul edilərək, çarter qatarlarla Busana gətirilməsinə qərar verilib. Bundan başqa, film festivalının Busanın müxtəlif yerlərində quraşdırılmış təbliğat və tanıtım banerləri, plakatları müvəqqəti olaraq yığışdırılıb.

Təşkilatçılar meteoroloqların pis hava şəraitinin getdikcə nisbətən sabitləşəcəyi barədə proqnozlarına əsaslanaraq festivalın oktyabrın 3-də saat 18:00-a planlaşdırılan rəsmi açılış mərasiminin baş tutacağını bildiriblər. Mərasimdə dünya film sənayesinin tanınmış şəxsləri də daxil olmaqla 300 xüsusi qonağın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 2013-cü, 2016-cı və 2018-ci illərdə də qasırğalar Busan beynəlxalq film festivalının işinə müəyyən maneələr törətmişdi. Üç il əvvəl isə “Çaba” qasırğası festivalın dəniz sahilindəki şəhərciyini dağıtmışdı.

Tarix
2019.10.03 / 00:02
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla