Yuxarı

“İçərişəhər” stansiyasında tanqo festivalı keçirildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İçərişəhər” stansiyasında tanqo festivalı keçirildi - Foto

Noyabr ayının 8-də “Bakı Metropoliteni” QSC tərəfindən “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib.

Kult.az xəbər verir ki, tədbirin əvvəlində Argentina Respublikasının Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunelya, xidmət şöbəsinin rəisi Lalə Babayeva və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirakçıları və qonaqları salamlayaraq, onlara xoş istirahətlər arzulayıblar.

Səfir Qunelya Bakı Metropoliteni tərəfindən keçirilən bu tədbirin iki ölkə arasında mədəni, sosial əlaqələrin möhkəmləndirilməsi və inkişafı, həmçinin ecazkar tanqo rəqsinin təbliği baxımından çox əhəmiyyətli bir sosialyönümlü layihə olduğunu bildirib. O, Argentinadan gələcək ulduz rəqs ustalarının iştirakı ilə Bakıda böyük tanqo festivalı ərəfəsində bu tədbirin metro stansiyasında keçirilməsinə yaratdığı şəraitə görə Səhmdar Cəmiyyətin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Lalə Babayeva tanqonun Azərbaycanda sevildiyini qeyd edərək, Bakı metropolitenində təşkil edilən sosialyönümlü tədbirlər sırasında bu layihənin də xüsusi yer tutacağını qeyd edib.

Bəxtiyar Məmmədov Bakı metropoliteni işçilərinin peşə bayramı günündə belə bir təşəbbüslə çıxış edərək, sərnişinlərə ecazkar tanqo sədaları və rəqqasların iştirakı ilə musiqili anlar bəxş etdiyi üçün Argentinanın Azərbaycandakı səfirliyinə təşəkkürünü ifadə edib. O qeyd edib ki, son bir ildə “United Cultures” təşkilatının dəstəyi ilə keçirilən bu sosialyönümlü aksiyalar dünyada xalqların, mədəniyyətlərin inteqrasiyasına bir töhfədir.

Qeyd edək ki, noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində metro stansiyada keçirilən tanqo şousu tamaşaçıların böyük marağına səbəb olub.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master-klasslar da təşkil edilib.

Tarix
2019.11.08 / 21:12
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla