Yuxarı

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış azərbaycanlı rəssam vəfat etdi

SSRİ Rəssamlar İttifaqının üzvü, Böyük Vətən Müharibəsinin iştirakçısı, rəssam Hüseyn Axundov Moskvada dünyasını dəyişib.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, Hüseyn Axundov fevralın 6-da vəfat edib.

Rusiya və Azərbaycanın rəssamlıq və kino sənətində xüsusi yeri olan görkəmli həmyerlimiz "Mosfilm" Kinostudiyasının ştata götürülmüş ilk rəssamı olub.

Uzun illərdir Moskvada yaşayan Hüseyn Axundov 1921-ci il aprelin 28-də Abşeron rayonunun Balaxanı kəndində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Aga Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtanah komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı.

Hüseyn Axundov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış bəlkə də bu ki, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər. Tam sağalmamış əfsanəvi "Arşın mal alan" filminin işində aktiv iştirak edib.

Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinomatoqrafiya universitetində (VQİK) davam etdirib. 1945-ci ildə oranı bitirdikdın sonra taleyini birdəfəlik Moskvaya bağlayıb.

"Mosflim"də ilk ştatlı işləyən azərbaycanlı olaraq Hüseyn Axundov İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi sovet kinosunun tanınmış ustadarı ilə çiyin-çiyinə çalışıb. "İdiot" ("Axmaq"), Belıe noçi" ("Bəyaz gecələr"), "Vesna" ("Bahar"), "Sampo" filmlərinin rəssamı eyni zamanda onlarla başqa sənət əsərlərinə rənğli həyat verib.

1953-cü ildə VDNX-dakı (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) pavilyonlardan birinin tərtibatı ona tapşırılıb və bu işi yarım ildə başa çatdırıb

Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib.

Hüseyn Axundovun yaradıcılığının yaddaqalan mərhələlərindən biri də Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işinin ona həvalə edilməsi olub .

Rusiya rəssamlar ittifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib.

Allah rəhmət eləsin!

Tarix
2015.02.07 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla