Yuxarı

Rəşid Behbudovun xatirə gecəsi keçirildi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşid Behbudovun xatirə gecəsi keçirildi – Foto

Bank VTB-nin (Azərbaycan) dəstəyi ilə R.Behbudov adına Mahnı Teatrında dahi sənətkar, SSRİ xalq artisti R.Behbudovun xatirə gecəsi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə incəsənət və ictimai xadimlər, eləcə də biznes nümayəndələri iştiak edib.

“Bank VTB (Azərbaycan) öz sosial fəaliyyətində mədəni irsin inkişafına xüsusi yer ayırır. 10 illik fəaliyyəti çərçivəsində bank bir sıra ictimai əhəmiyyətli layihələrə imza atıb. Budəfəki layihəmiz görkəmli şəxsiyyət Rəşid Behbudova həsr olunub. Belə ki, bu il Rəşid Behbudovun anadan olmasından 105 il ötdüyünü nəzərə alaraq, 2020-ci ilin təqvimini unudulmaz müğənninin xatirəsinə həsr etmişik. Bu gün də onun xatirəsini elə özünün qurduğu Mahnı Teatrında anırıq”, - deyə Bank VTB-nin (Azərbaycan) idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

“Rəşid Behbudov Azərbaycanla Rusiya arasında bir körpüdür. O, Azərbaycanla yanaşı Rusiyada da bu gün də sevilir. Bank VTB-nin belə bir layihəni reallaşdırması təqdirəlayıqdır”, - Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev qeyd edib.

Tədbirdə xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənət adamları Rəşid Beybudovun repertuarından mahnılar ifa edib.

Tarix
2020.01.25 / 16:34
Müəllif
Kult.az
Digər xəbərlər

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla