Yuxarı

Tağıyevin nəticəsi: Ailəm ölkəni tərk etməyə məcbur olub

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağıyevin nəticəsi: Ailəm ölkəni tərk etməyə məcbur olub

Mənim üçün Azərbaycan gənclərini bir arada görmək çox xoşdur və bu görüşlər Azərbaycanda keçirdiyim görüşlərdən fərqlənir. Azərbaycan gənclərinin gələcəklə bağlı ideyalarını fikir mübadiləsi əsasında çox bəyəndim. Bu, mənim üçün ailəmin mənsub olduğu Azərbaycan mədəniyyətini kəşf etməyə imkan yaradır.

Kult.az xəbər verir ki, bu fikirləri Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsi, tarixçi Alban Klod Gənclər Günü münasibətilə azərbaycanlı gənclərin Vyanada keçirilən görüşü barədə Azərtac-a müsahibəsində bildirib. O qeyd edib ki, bu kimi tədbirlərdə iştirak etmək onda emosional hisslər oyadır: “Çünki mənim ailəm bir əsr bundan əvvəl Vətəni Azərbaycanı tərk edərək Fransada məskunlaşmağa məcbur olub”.

Hazırkı fəaliyyəti barədə danışan A.Klod bildirib ki, o, elmi tədqiqatlar mərkəzinin nümayəndəsidir və Azərbaycana son səyahətindən sonra tarixi Vətəni üçün nə edə biləcəyi ətrafında düşünməyə başlayıb: “Bu səyahət məndə hansı istiqamətdə fəaliyyət göstərməyim barədə ümumi fikir yaratdı”. Bu məqsədlə də digər həmfikirləri ilə birlikdə “Caspian Research Center” adlı mərkəz təsis edən A.Klod Fransa və Azərbaycan arasında ümumi maraqlara xidmət edən mövzuların müəyyən edilərək araşdırmalar aparılacağını bildirib. Buraya gələcəkdə, həmçinin müxtəlif mövzularda, xüsusilə də Azərbaycan tarixi ilə bağlı konfransların təşkili də daxil olacaq.

Tarix
2020.02.01 / 19:43
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla