Yuxarı

Namus dağarcığının Bakıda rüsvayçı əməli...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namus dağarcığının Bakıda rüsvayçı əməli...

Yaş keçdikcə insanın baxışları da dəyişir. Amma bəzi insanlarda bu, dəyişməz olaraq qalır. Belə deyək, insanın başı böyüyür, beyni, fikri balaca qalır.

Nəticədə ağsaqqal bir kişi ağbirçək bacısını qısqanclıq zəminində qətlə yetirir.

Bəli, belə bir hadisə 21-ci əsrin Bakısında baş verib. 57 yaşlı kişi 53 yaşlı bacısını xüsusi amansızlıqla öldürüb. Qısqanclıq zəminində.

Bax, bu artıq insan beyninin inkişafdan qalmasıdır. Ümumiyyətlə, bizim toplumun namus-qeyrət anlayışında ciddi yanılmalar var. Deyək ki, qardaş bacısını bəlli bir yaşa qədər qorumalı, onun yanlış seçimlər etməsinin qarşısını almasıdır. Daha 53 yaşlı qadının keşiyini çəkmək nə deməkdir?

53 yaşlı qadın dünya görmüş, həyatı haqda sağlam qərarlar verə biləcək şəxsdir. Bir ayağı burda, bir ayağı ordadır. Onun indi axirəti düşünüb Allahla hesablaşan, Allaha hesab verən yaşıdır. Qardaş kimdir axı?

Əminəm, dünyanın heç bir ölkəsində belə axmaq olaylar yaşanmır.

Ümumiyyətlə, qadın ailə qurandan sonra atasının, qardaşının təkcə soyadından yox, həm də nəzarət dairəsində çıxır. Yəni qadın öz hərəkət və addımlarına görə bu məsələdə həyat yoldaşı ilə hesablaşmalıdır. Həyat yoldaşı yoxdursa, özü istədiyi, seçdiyi həyatı yaşaya bilər. Seçdiyi həyata, addımlarına görə də Allah qarşısında cavab verəcək. Amma bir insanı seçiminə görə qətlə yetirən şəxs bu dünyada da, o dünyada da ən ağır şəkildə cəzalanacaq.

Oturub ciddi-ciddi düşünmək lazımdır.

Əgər 57 yaşlı bir baba 53 yaşlı nənəni qısqanclıq zəminində öldürürsə, demək, təkcə gənclik yox, ağsaqqalıq institutunda da, ümumiyyətlə, toplumun düşüncə tərzində ciddi dəyişiklər etmək lazımdır.

Bunun isə 3 yolu var: maarifləndirmək, sərt qanunlar tətbiq etmək və bunların hər ikisini birlikdə həyata keçirmək.

Tarix
2020.02.07 / 15:13
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla