Yuxarı

Norveç doğumlu azərbaycanlı modelyer: Böyük addım... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə anadan olan Azərbaycan əsilli modelyer və diaspor fəalı Şervin Nəcəfpur (Shervin Najafpour) bütün varlığı ilə doğma vətəninə olan sevgisini gördüyü işlərdə ortaya qoyur.

Kult.az xəbər verir ki, bu gənc xanım Norveçdə dünyaya göz açıb, valideynləri isə Güney Azərbaycanın Urmu bölgəsindəndir. Qürbətdə doğulmasına baxmayaraq, Şervin Nəcəfpur Azərbaycan həqiqətlərini daima gördüyü işlərdə ictimaiyyətə çatdırmağa çalışır və illərdir buna nail olur. Bir neçə sahədə fəaliyyət göstərən gənc xanım keçən il Antalya Moda Həftəsində atdığı böyük addımla tanınıb. “Mən Qarabağa - evimə qayıtmaq istəyirəm" şüarları həftələrcə bir çox dünya mətbuatının diqqətini cəlb edib.

Şervin moda sektoruna addımını atdığı ilk gündən bugünə hər kolleksiyasının ilhamını türk dünyasından tapıb və türk dünyasına həsr edib.

Türkiyədə "Antalya Fashion Week 2020" adı altında keçirilən moda günlərində modelyer Şervin Nəcəfpurun (Milli mirasımızın mənşəyi) "Land of our origin” kolleksiyası ayaqda alqışlanıb.

Kolleksiya cəmi 15 geyimdən ibarətdir, Azərbaycan bayrağının rənglərinin tərkibində qayaüstü rəsmlər ilə bəzədilən geyimlər modasevərlər tərəfindən coşqu ilə qarşılanıb.

Ənənəvi olaraq hər il keçirilən "Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Əda Məltəm Yılmazdır. Şervin Nəcəfpurun moda nümayişindən öncə Əda Məltəm Yılmaz şəxsən səhnəyə çıxaraq modelyer haqqında dəyərli ürək sözlərini 1200-dən çox qonaqla bölüşüb. O deyib:

"Şervin Nəcəfpur Norveçdə doğulan, amma türk dünyasını öz geyimlərində birləşdirən və çox sevilən dəyərli vətənpərvər dostumdur. Keçən il dünyaya çox vacib sosial mesajlar göndərib, bu il də geyimləri ilə türk tarixinin izlərini sizlərə təqdim edəcək. Geyimləri və fonddakı animasiyalarla sizlərə vacib mesajlar paylaşacaq".

Şervin Nəcəfpur bu il də Azərbaycan əsilli makiyaj sənətçisi Aygün İbrahimova ilə əməkdaşlıq edib. Şervin Nəcəfpur qeyd edib:

"Keçən il Aygün xanım ilə gözəl bir əməkdaşlığımız baş tutdu, həmyerlim ilə birgə bu il də çox maraqlı bəzəyə qərar verdik. Bütün modellərin üzərində qayaüstü rəsm çəkilmişdi.

Bir Azərbaycan türk övladı olaraq hər zaman çalışıram ki, vətən borcumu layiqli bir şəkildə yerinə yetirəm. Və bir çoxlarına məlumdur ki, mən uzun illərdir diaspor fəaliyəti ilə də məşğulam. CAN təşkilatının sədri kimi, missiyamız Norveç və Azərbaycan arasında güclü dostluq münasibətini yaratmaqdır və Antalya Moda Həftəsində fərdi olaraq bu addımı atsam da, yenə də bir Azərbaycan türkü kimi bunu edirəm.

Hər bir sənət insanı fərqli mövzulardan ilham alır və mən hər zaman çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən ilham alım. Bir diaspor təşkilatının sədri kimi də Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın nəzəriyyəsindən yola çıxaraq məhz qayaüstü rəsmləri əks etdirməyə çalışdım. Milli motivlərimizdən istifadə etməyimizin əsas səbəbi isə milli mirasımızı dünyaya tanıtdırmaqdır.

Geyimlərdə qayaüstü rəsmləri bir-bir öz əlimlə işləmişəm və zaldan alqış səsləri gələndə çox böyük qürur hissi keçirdim. Kolleksiyamın bəyənilməsi məni çox ruhlandırdı. Xaricdən gələn bütün əziz və dəyərli qonaqlarıma da sonsuz təşəkkürlərimi bildirmək istəyirəm".

Tarix
2020.03.09 / 16:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla