Yuxarı

Koronavirusun 5 inanılmaz faydası...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusun 5 inanılmaz faydası...

Bir dənə fağır virus tapmısınız, sağdan da döşəyirsiniz, soldan da. Koronavirusu deyirəm... Hamı özünə əl qatıb ki, ayə bu virus yamandı, qoyma gəldi...

Düşünürəm ki, biz koronavirusa qarşı hörmətsizlik, qədirbilməzlik edirik. Çünki bu virusun onlarla faydası var, mən bir neçəsini sadalayım, siz də baxın:

1. Koronavirus öz yumru bədəni ilə ailə büdcəsinə misilsiz töhfə verir. Məsələn, bu virus yayılandan bəri uşaqlar çölə çıxmaq, istirahət mərkəzlərinə, parklara getmək, bahalı attraksionlardan istifadə etmək istəmirlər və yaxud istəsələr də, “koronaaa, olmaz” deyirik. Görün bu virus ailə büdcəsinə nə qədər fayda verir. Xüsusən indi – dünyada iqtisadi böhranın gözlənildiyi bir vaxtda.

Hələ toylara, nişanlara, qəndsındılara, üzükkeçdilərə, xınayaxdılara, Novruz törənlərinə qoyulan qadağalar səbəbindən nə qədər qabağa düşdüyümüzü demirəm.

2. Təhsil müəssisələri bağlandı. Həm də görün necə, hansı günlərdə... Minlərlə valideyn müəllimlərə 8 Mart hədiyyəsi almaqdan xilas oldu. Buna uşaqların digər xərclərini də əlavə etdikdə ortaya ciddi məbləğ çıxır. Yəni yox yerdən bu virusa görə azı 200-300 manat qabaqsız. Bax, daha nə istəyirsiniz?

3. Koronavirus kimləri öldürür? Çox yaşlı, xəstə, ölüm ayağında olan şəxsləri. A kişi, siz bilirsiniz bu xəstə yaşlılar ölkəyə nə qədər maddi ziyan vurur? Milyonlarla pensiya ödənir e bunlara. Ölürlər, özlərinin də canı dincəlir bu əziyyətli ömürdən. Yəni koronavirus nə etdiyini yaxşı bilir. Ondan çox bilirsiniz?!

4. Bu virus yayılandan sonra dünyada atmosfer əməlli-başlı təmizlənib. Belə ki, Çində atmosferə zəhərli qaz buraxan böyük zavodlar, fabriklər bağlanıb. Nəticədə hava kirliliyində ciddi azalma müşahidə olunur.

5. Koronavirus yayılandan... yox, yox, yayılmaq yox, koronavirus dünyamıza təşrif buyurandan sonra bir çox həbsxanalardakı məhbuslar azad edilib. Məlumat üçün deyim ki, o məhbuslar dövlət hesabına yaşayırlar. Bir məhbusun həbsxanadakı bir günü dövlətə xeyli xərc yükləyir. Koronavirus mübarək qədəmlərini Yerə basandan sonra xeyli məhbus azad edildi və dövlətlər onların xərcini çəkməkdən xilas oldu.

Bu, dünyamızın çılğın və toppuş qonağı koronavirusun faydalarından sadəcə bir neçəsidir. Açığı, qardaş qardaşa bu yaxşılığı etməz. Bax, koronavirus bundan artıq sizə nə etsin?!

Təklif edirəm ki, bundan sonra koronavirusa həssas yanaşaq, ona qayğı, sevgi göstərək. İraq olsun, birdən küsüb gedər, evimiz yıxılar.

Sizə bir sirr açım: əslində, koronavirus bədxərcliyə qarşı antivirusdur. Hər ölkəyə lazım.

Tarix
2020.03.10 / 22:04
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla