Yuxarı

Prezidentin təltif etdiyi Akif Məlikov kimdir? - Dosye

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi Akif Məlikov kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Opera və Balet Teatrının direktoru Akif Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Kult.az xəbər verir ki, Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub.

1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının İfaçılıq fakültəsini bitirib. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışıb, Bakı şəhər Komsomol Komitəsinin təlimatçısı, Suraxanı rayon komsomol komitəsinin birinci katibi olub.

1976-cı ildə ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan ÜİLKGİ MK-nın təlimatçısı vəzifəsinə təyin olub.

1977-1978-ci illərdə Ş.Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləyib.

1987-ci ildə A.Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib.

Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A.Məlikovun rəhbərliyi altında Opera və Balet Teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanıb.

1998-2006-cı illərdə A.Məlikov həm də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışıb.

2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi2 adına, 2002-ci ildə "Hümay" mükafatına layiq görülüb.

Tarix
2020.03.17 / 16:43
Müəllif
Kult.az
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla