Yuxarı

Kimin ombası qədər olmayan xalq artistlərimiz...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heyrətlənirəm... Son günlər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun rəhbərliyi altında Qarabağ münaqişəsi ilə bağlı çox ciddi proseslər gedir. Ermənistan tərəfi isə torpaqları qaytarmayacağını deyir.

İnanın, bunu yazanda belə əsəbdən dilimi gəmirirəm. Günlərdir yuxuda müharibədə olduğumu görürəm, son döyüşə getdiyimi hiss edirəm...

Qəribə duyğudur. Münaqişə ətrafında proses qızışıb. Prezidentin köməkçisi, XİN rəsmiləri, deputatlar və ekspertlər münaqişə haqda müxtəlif fikirlər səsləndirirlər. Bəzi deputatlar deyir, 1 milyonluq Qarabağ mitinqi təşkil edək, bəziləri deyir, dərhal hazırlaşıb, müharibəyə başlayaq.

Ekspertlər müharibənin qaçılmaz olduğunu deyirlər. Azərbaycanın ziyalı kəsimi – başda xalq artistləri, xalq şairləri olmaqla, aktyorlar, müğənnilər, yazıçı-şairlər və başqa sahələrin nüfuzlu simaları yatıblar. Yatıblar yox e, ölüblər!

İşğal tədbirlərində çıxıb Şuşa, Qarabağla bağlı mahnı oxuyub qonorar almağı bilirlər, amma iş ciddi olanda lal olub çəkilirlər kənara. Çünki milli təfəkkürləri yoxdur, ancaq ciblərini, qarınlarını düşünürlər.

Bu yaxınlarda bir qrup xalq artisti Prezidentə Afaq Bəşirqızını müdafiə edən bir müraciət ünvanlayıb. Ay adamlar! Afaq Bəşirqızını yox, Qarabağı müdafiə etmək lazımdır! Ən azından düşmənə və beynəlxalq aləmə təzyiq üçün, Prezidentin əlini gücləndirmək üçün Ali Baş Komandana müharibə çağırışı etməli idiniz.

Afaq Bəşirıqızı bizimdir, bizdədir - tənqid də edərik, sevərik də: bu gün deyərik, döyərik, sabah unudub əzizlərik, bitər-gedər...

Qarabağ isə bizdə deyil, düşmən tapdağındadır. Qarabağın müdafiəsinə qalxmaq lazımdır, Afaqın yox!

Sizin heçmi milli heysiyyətiniz, qürurunuz yoxdur? Heçmi sizi ağrıtmır Qarabağın işğalda olması?

Bələdiyyə birinizin 2 sot torpağını mənimsəsə, Azərbaycanı beynəlxalq məhkəmələrə verərsiniz. Amma qızıldan qiymətli torpaqlarımız işğaldadır, tükünüz tərpənmir. Siz Qarabağ proseslərinin içinə girərək, xalqı da canlandırmalısınız ki, münaqişənin həllini sürətləndirmək üçün beynəlxalq aləmə təzyiq etsinlər, məktublar yazsınlar, videoçarxlar hazırlasınlar. Axı siz xalq artistisiniz! Artisti!

Erməni porno-ulduz Kim Kardaşyan daim öz xalqının yanındadır. Hətta qondarma erməni soyqırımı ilə bağlı ciddi işlər görür. Kardaşyanın ombası ilə gördüyü işləri bizim sənətçilərimiz başları ilə görə bilmirlər.

Canlanmaq, insanları silkələmək, Qarabağ münaqişəsinin həlli prosesində Prezidentə, rəsmilərə kömək etmək lazımdır. İndi Qarabağla bağlı mahnı oxumaq yox, tarix yazmaq zamanıdır!

Tarix
2020.04.27 / 22:48
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla