Yuxarı

Məşhurlar şantaj edilir: Quldur şirkət... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhurlar şantaj edilir: Quldur şirkət... - Video

Dünyanın ən önəmli video platforması Yutubun Azərbaycanda yeganə partnyor şəbəkəsi olan “VediaKorp Azərbaycan” (WediaCorp Azerbaycan) şirkəti ilə bağlı şok faktlar üzə çıxıb.

Kult.az xəbər verir ki, bu barədə video hazırlayan yutuber İmran Əsədov sözügedən şirkətin Azərbaycanda fəaliyyət göstərən Yutub kanallarının sahiblərinə əməkdaşlıq təklif etdiyini, razılaşmayanların kanalını sildirdiyini bildirib.

O qeyd edib ki, şirkət bir qədər əvvəl görkəmli bəstəkar Elza İbrahimovanın Yutub kanalının bu yolla silinməsinə nail olub. İmran Əsədov bildirib ki, sənətkarın kanalını Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov idarə edirdi:

“Elza İbrahimovanın kanalında 800-dən çox video var idi. Mən Çingiz bəylə əlaqə saxladım. O, mənə kanalı sildirənlərlə bağlı məlumat verdi və şikayətlərin mətnini atdı. Başa düşdüm ki, “VediaKorp” şirkəti Azərbaycanda bu sahədə monopoliya qurmaq istəyir”.

Yutuberin sözlərinə görə, azərbaycanlı məşhurlar şəxsi kanallarının bağlanması təhlükəsinə görə bu şirkətlə məcburi şəkildə müqavilə imzalayıblar:

“Yəni kim bunlarla müqavilə bağlamasa, onun kanalını sildirirlər. Bu şirkət Çingiz bəyə də partnyor olmağı təklif edib, lakin imtina cavabı alıb. Bundan sonra isə Elza İbrahimovanın adına olan kanalı sildirib”.

Yutuber bildirib ki, bu şirkət yerli Yutub kanallarının yaratdığı videonun müəlliflik hüququnu öz adına keçirir:

“Çünki əllərində belə bir səlahiyyət var. Müəlliflik hüququ onlarda olanda videoların əsl sahiblərindən şikayət göndərirlər və beləcə kanalı sildirirlər. Bundan sonra isə həmin videolardan gələn gəlirləri özlərinə götürürlər. Məsələn, Elza İbrahimovanın mahnılarını başqa-başqa kanallar da paylaşıb. Əslində, bu videolardan gələn gəlirlər Elza xanımın ailəsinə, yəni kanalı idarə edən qardaşı Çingiz bəyə çatmalı idi. Amma indi “VediaKorp” götürəcək”.

İmran Əsədov deyib ki, artıq məsələ ilə bağlı Yutuba rəsmi müraciət edilib və baş ofisə “VediaKorp”un vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi haqda məlumat verilib. Bundan başqa, şirkətin fəaliyyəti ilə bağlı rəsmi qurumlara müraciət edildiyi bildirilib.

Daha ətraflı videoda:

Tarix
2020.05.03 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla