Yuxarı

Vəkilovun Vilayət Quliyevə möhtəşəm cavabı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəkilovun Vilayət Quliyevə möhtəşəm cavabı

Cümhuriyyət irisi bizim həssas yerimizdir. Düzdür, mühacirətdə olan Cümhuriyyət mücahidlərimiz vaxtilə bir-birlərinə qarşı əsası olmayan ittihamlar da irəli sürüblər, bir-birlərinin əlehinə kitab da yazıblar. Cümhuriyyət irsini araşadıran şəxslər söhbətin kimlərdən getdiyini anlayırlar. Bu münasibətlər onların müqəddəsliyinə şübhə toxumu səpə bilməz. Bu onların bir-birinə münasibətidir. Bir də var onların Vətənimiz Azərbaycana münasibəti. Burada məsələ birmənalıdır, hamısı Vətən fədaisidir.

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan “Baş nazirinin müəmmalı ölümü - Harda, necə...” adlı məqalə ilə çıxış edib. Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin ölümünə həsr edilmiş məqalədə heç bir dəxli olmadan belə bir ifadə işlədib: “Şəfiqə xanım Qaspıralı iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan M.Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib. Yəni onun artıq həyatda olmadığını dəqiq bildiyi üçün bu addımı atıb”.

Nəsib bəy Yusifbəylinin Tiflisdə bank hesabında pulu ola bilərdimi?

Azərbaycan ictimaiyyətində çox populyar olan N.Yusifbəylinin atasının ona yazdığı məktub çox ibrətamizdir.

Nəsib bəy Yusifbəylinin atası məktubunda yazır: ”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?..”

Lakin Vilayət Quliyevin sözlərindən belə çıxır ki, Nəsib bəy Yusifbəyli atasından xəlvət pul toplayıb Tiflisdə banka qoyurmuş. Bankda pulu ola-ola atasına məktub yazıb, ondan maddi yardım istəyirmiş.

İkinci bir tərəfdən, Mustafa bəy Vəkilov başqasının adına olan bank hesabından pulu necə çıxarda bilərdi?

Vilayət Quliyevin məntiqinə görə, Tiflisdə kim istəsə, yaxınlaşıb bankdan başqasının adına olan pulu əldə edə bilərdi. Elə isə bankda pul qalardımı?

Vilayət Quliyev bu əsasız iddiası ilə Azərbaycan Cümhuriyyətinin yetişdirdiyi iki böyük şəxsiyyətə ləkə yaxmış olub.

Tarix
2020.05.14 / 21:29
Müəllif
Səməd Vəkilov
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla