Yuxarı

Üç yaşınadək gözləri görməyən nazirimiz - Faktlar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç yaşınadək gözləri görməyən nazirimiz - Faktlar

Bu gün görkəmli bəstəkar, xalq artisti Rauf Hacıyevin doğum günüdür.

Kult.az Rauf Hacıyevlə bağlı 7 faktı təqdim edir:

1. Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakıda anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub.

2. Rauf Hacıyevi görkəmli ziyalı Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

3. Onun bəstəkar kimi formalaşmasında Üzeyir Hacıbəyovun mühüm rolu olub. Belə ki, Üzeyir bəy Raufun fortepiano üçün pyeslərini dinlədikdən sonra onun istedadını yüksək qiymətləndirib və il yarım onunla məşğul olub.

4. Bəstəkarın aşağıdakı mahnıları daha çox populyarlıq qazanıb: “Samur”, “Gənclik marşı” “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Leyla”, “Neft daşlarında”, “Ceyran”.

5. O, “Əhməd hardadır?”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri” və başqa filmlərə musiqi bəstələyib.

6. R.Hacıyev 7 operetta yazıb. Bəstəkarın operettaları Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub.

7. R.Hacıyev 60-cı illərdən başlayaraq ictimai işlərdə də fəal çalışıb. 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan SSR-in Mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq Muzeyi açılıb.

Qeyd edək ki, görkəmli bəstəkar Rauf Hacıyev 19 sentyabr 1995-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

Tarix
2020.05.15 / 22:20
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla