Yuxarı

Tələt Paşanı ermənilərə dövlət yaratmağa razı salan müraciət...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəfi Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi.

Kult.az xəbər verir ki, bu sözləri AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər paşaya xüsusi müraciətnamə göndərmişdilər:

“Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov və Xəlil bəy Xasməmmədov da imzalamışdılar. Eyni təkliflə bundan bir gün əvvəl - 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər paşaya Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu da müraciət etmişdilər. Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Osmanlı ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaq və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər.

Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq. Batum danışıqları zamanı ermənilərin özlərinə mərkəz kimi iddia etdikləri Qars və Gümrü (Aleksandropol) artıq Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuşdu və Osmanlı tərəfi bu şəhərlərdən hər hansı birinin danışıqlar mövzusu olmasına imkan vermədi. Beləliklə, İrəvan məsələsi gündəmə gətirildi. Ənvər paşa “çibanı kökündən təmizləmək” planının baş tutmadığını görcək ermənilərə veriləcək torpağın Azərbaycan və Osmanlı əraziləri arasında bir ada kimi əhatəyə alınması təlimatını verdi”.

Tarix
2020.06.07 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla