Yuxarı

TƏBİB koronaya yoluxmuş alimi nəzarətə götürdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB koronaya yoluxmuş alimi nəzarətə götürdü

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı növbəti dəfə məlumat yayıb.

AMEA-nın Dilçilik İnstitutundan Kult.az-a bildirilib ki, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər", - məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl institut İdris Abbasovun səhhəti ilə bağlı məsələnin AMEA-nın diqqətində olduğu və rəhbərlik tərəfindən ona hər cür maddi və mənəvi kömək göstəriləcəyi barədə məlumat yayıb.

Tarix
2020.07.05 / 16:19
Müəllif
Kult.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla