Yuxarı

Tanınmış jurnalist vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış jurnalist vəfat etdi

Bu gün səhər saatlarımda İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Cəfərov (Əmrah Fəqanoğlu) vəfat edib.

Kult.az xəbər verir ki, Ə.Fəqanoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “Avrasiya” və “İki sahil” qəzetlərində müxbir, şöbə müdiri, 2006-2014-cü illərdə SOCAR-ın Sosial İnkişaf İdarəsində mətbuat xidmətinin rəisi kimi çalışıb.

2014-2016-cı illərdə isə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olub. Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdiriləndən sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini təyin edilib.

ƏƏSMN-nin rəsmi orqanı olan “Sosial həyat” jurnalının baş redaktor müavini kimi də fəaliyyət göstərib.

2018-ci ilin avqustunda İctimai Televiziyada fəaliyyətə başlayıb və son günlərədək bu kanalda işləyib.

O, "Media açarı" mükafatı laureatı və “Şəfəqi solmayan ömür”, “Gözümü açandan Vətən sən oldun!” adlı kitabların müəllifidir.

Həmkarımıza Allahdan rəhmət, ailəsinə səbir diləyirik.

Tarix
2020.07.28 / 14:12
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Bayramov Mirzoyanla söhbətləşdi - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla