Yuxarı

Kənan M.M: “Oğul ona deyərəm ki...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kənan M.M: “Oğul ona deyərəm ki...”

Son zamanlar Azərbaycanda film sahəsinə çoxlu maddi vəsait ayrılır və yeni filmlər, seriallar çəkilir.

Axar.az ayrılan pullara görə çəkilən film və serialların nə dərəcədə uğurlu olduğunu öyrənmək üçün rejissorlar arasında bu sualla sorğu keçirib:

"Sizcə, ayrılan pulların müqabilində keyfiyyətli seriallar, filmlər çəkilirmi?"

Solmaz Həmzəyeva: "Büdcə ilə bağlı heç nə deyə bilmərəm, çünki mənim heç öz büdcəmdən də xəbərim yoxdur. O ki qaldı yeni çəkilən film və seriallara, bunlar məni birmənalı şəkildə qane etmir. Düzdür, gözəl seriallar da var. Amma "Möhtəşəm yüz il" kimi serialı izləyən adam necə bizim müasir serialları bəyənsin? Mən elə gözəl filmlərə baxmışam ki... Axı bizim yeni filmlərimizi necə bəyənə bilərəm? Bəyənmirəm və məni heç qane etmir.

Kənan M.M: "Mən danışmıram, göstərirəm. Dilim var, dilçəyim də var. "Ay brilyant" mənim üçün razminka idi. Komediya çəkmək çox asandır, oğul ona deyərəm ki, dram çəksin. Öz işimdən başqa heç kimin işinə cavabdeh deyiləm. Və pis odur ki, iş yoxdur. Hamı kino çəkə bilər. Bəziləri rejissor kimi, bəziləri isə bəziləri kimi. İlqar Fəhmi, Nailə Mirməmmədli… Bu adlar illər öncə adlarını necə lazımdırsa, sənətə tanıtdılar. "Vampir"in ssenarisi İlqar Fəhmiyə, musiqisi isə Nailə Mirməmmədliyə məxsusdur. Rejissoru da mənəm. Əgər bu film bəyənilməsə, mən bir də film çəkmərəm. Deyirəm və sözümün arxasında dururam. Hə, bir də bu filmi yalnız filmsevərlər bəyənəcək…"

Rövşən İsax: "Hazırda Azərbaycan kinematoqrafiyası inkişaf mərhələsini yaşayır. Xoşuma gələn və gəlməyən məqamlar var. Bu mövzu, əslində, çox geniş mövzudur. Burda ssenaridən başlayıb rejissor işinə qədər gəlmək lazımdır. Elə məqamlar var ki, burda büdcə və sairə rol oynamır. Azərbaycan hazırda tarixin elə bir mərhələsini yaşayır ki, bu dəqiqə bizim kinomuz, ədəbiyyatımız hamısı gərək konkret bir ideologiyaya xidmət etsin. Həyatı yeni-yeni qanmağa başlayan çoluq-çocuğu vətən sevgisi ilə böyütsün. Bizdə çox qəribə bir şey var ki, ədəbi tənqidçilər qarışıq hamı rejissorların yaxasından yapışır: "Seriallarımızı niyə türkdən zəif çəkirsən? Sən niyə belə filmlər çəkirsən?" və sairə. Heç onun arxa tərəfini fikirləşən yoxdur ki, bu bədbəxtin düşdüyü şəraiti də nəzərə almaq lazımdır".

Fuad Əlişov: "Təəssüf ki, seriallara baxa bilmirəm. Yeni filmlərə baxıram. Hər halda, maraqlıları da var. Azərbaycan kinosu müəyyən bir inkişaf mərhələsi keçir, əksəriyyəti maraqla qarşılanır və mənim də xoşuma gəlir. Mən çalışıram ki, filmə tamaşaçı kimi baxım və tamaşaçı kimi son filmlər çox xoşuma gəlir. Kinoindustriyada belə inkişaf müşahidə olunduğu bir vaxtda, yəqin ki, biz də irəli doğru bir cəhd edə bilərik".

Tarix
2015.04.15 / 11:10
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla