Dünya ədəbiyyatından bir çox möhtəşəm əsər müxtəlif
səbəblərə görə qadağan edilib. İstər siyasi rejimin diktəsi,
istərsə də dini icmaların təzyiqi ilə bəzi şedevr əsərlər, elmi
kitablar senzuraya məruz qalıb.
Axar.az Türkiyədə üstündə hələ də qadağa olan 15 kitabı və
onların müəlliflərini təqdim edir:
1. "Dövlət və inqilab" – Vladimir Lenin
Ankara Dövlət Güvənlik Məhkəməsi – 2000
Sözügedən kitabın əsas mövzusu dövlət problemləri, fəhlə sinfi,
sinfi qarşıdurmalar və onlarla mübarizədir. Kitabda xüsusilə
imperialist burjuaziyaya qarşı aparılan mübarizədən söhbət
açılır.
2. "Demokratiya traktatı" – Yaşar Qaplan
Ankara Dövlət Güvənlik Məhkəməsi – 1985
Adından da göründüyü kimi Yaşar Qaplanın traktatı demokratik
quruluşdan, onun əsaslarından bəhs edir.
3. "Kürd ziyalısı haqda düşüncələr" – İsmail
Beşikçi
Ankara Dövlət Güvənlik Məhkəməsi – 1991
"Kürd ziyalısı haqda düşüncələr" İsmail Beşikçinin 1991-ci ildə
yayımlanan, kürd cəmiyyətini və kürd ziyalılarını tənqid etdiyi bir
kitabdır.
4. "Kommunizmin manifesti"
Ankara Sülh Cəza Məhkəməsi – 1968
Karl Marks və Fridrix Engelsin kommunistlər birliyi proqramı
olaraq qələmə aldıqları bu manifest ilk dəfə 1848-ci ildə Londonda
işıq üzü görüb. Çap olunduğu vaxtdan bu günə qədər ən çox oxunan və
müzakirə olunan siyasi mətnlərdən biridir.
5. "Qurtuluş savaşı dastanı" – Nazim Hikmət
Ankara Sülh Cəza Məhkəməsi – 1968
"Qurtuluş savaşı dastanı" kitabı Türkiyədə ilk dəfə 1965-ci ildə
çap olunub.
6. Sultan Qaliyevin məqalələri
Nazirlər Kabineti – 1985
Qaliyev bolşevik dövründə millətçi sosial ideologiyasına görə
Stalin tərəfindən ölümə məhkum edilib. Böyük türk inqilabçısının
qələmə aldığı yazıların, məqalələrin çapı Türkiyədə hələ də
qadağandır.
7. "Vur əmri" – Əbdürrəhim Qaraqoç
Ankara Sülh Cəza Məhkəməsi – 2002
8. "Yeni şeirlər" – Nazim Hikmət
Ankara Sülh Cəza Məhkəməsi – 1966
9. Nazim Hikmətin bütün əsərləri
10. İnsan Hüquqları Panoraması
Ankara Dövlət Güvənlik Məhkəməsi – 1996
11. "National Geographic Atlas of the World" ("Nəşnl
Geoqrafik dünya xəritəsi")
Nazirlər Kabineti – 1987
12. "Bolşevik partiyası tarixi" – İosif
Stalin
Ankara Sülh Cəza Məhkəməsi – 1971
13. "Dəstənin kimliyi" – Salman Yüksəl
Ankara Sülh Cəza Məhkəməsi – 2002
14. Dərsim türküləri
Ankara Dövlət Güvənlik Məhkəməsi – 1993
15. "Əziznamə" – Əziz Nesin
Nazirlər Kabineti – 1987