Yuxarı

Vahid Qazi İsveçin XİN rəhbərinə məktub yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahid Qazi İsveçin XİN rəhbərinə məktub yazdı

Yazıçı Vahid Qazi İsveçin Xarici İşlər naziri Ann Lindeyə məktub yazıb.

Kult.az sözügedən məktubu təqdim edir:

“Günaydın, Ann!

Tvitter səhifənizdə bir paylaşım marağıma səbəb oldu. Yazırsınız: ”Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam. Dərhal dayandırılmalıdır”. Həmçinin qeyd edirsiniz ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün bu həftə azərbaycanlı və erməni həmkarlarınızla danışacaq, müzakirələr aparacaqsınız.

Sizin bu məsələyə biganə qalmamanıza, təşəbbüsünüzə böyük dəyər verirəm. Məni sizə yazmağa sövq edən səbəb bu döyüşlərdə uşaqların ölüm xəbəri oldu. Bu günlərdə erməni bombardmanları nəticəsində Azərbaycanın Naftalan bölgəsində 13 və 14 yaşlı Fidan və Şəhriyar Qurbanovlar ailələriylə birgə həlak oldular.

Bu həftə siz Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəksiniz. İstərdim xatırladım ki, İsveç Dağlıq Qarabağ münaqişəsinin dinc çözülməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupunun üzvüdür. Təəssüf ki, 28 il ərzində sülhə nail olunmayıb. Mənim fikrimcə, problemin həllinə İsveç də məsuldur, odur ki, sizə müraciət etməyə qərar verdim.

Atəşkəs münaqişəni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur!

BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, qeyri-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələrini yadınıza salmaq istəyirəm. Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin qərarlarında da erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələb edilir. Münaqişənin yeganə həll yolu budur.

Ümid edirəm ki, söhbət zamanı Ermənistan xarici işləri nazirindən Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edəcəksiniz.

İsveç bütün dünyada neytral mövqeyi, sülhpərvər siyasətiylə tanınır. İnanıram ki, İsveç konfliktin ədalətli həllinə öz töhfəsini verə bilər”.

Tarix
2020.09.30 / 15:42
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyevlə Paşinyan Əbu-Dabidə görüşdü - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla