Yuxarı

"Xaltura” - rəssamlarımızı bir-birinə vurdu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Xaltura” - rəssamlarımızı bir-birinə vurdu

"Qoy satılmayan işlərini nümayiş etdirsinlər və analiz edək. Satılmayan iş ya zəif olur, ya da auditoriyasını tapa bilmir".

Bu sözləri rəssam Bəhruz Kəngərli Axar.az-da həmkarlarının "xaltura" ilə bağlı fikirlərinə cavab olaraq deyib. Rəssamların, təxminən, oxşar cavablar verməsi və "xaltura"nın dolanışıq üçün şərt olduğunu deməsi rəssam Bəhruz Kəngərlinin etirazına səbəb olub:

"Minlərlə jurnalistika təhsili alan insan var, hamısını jurnalist hesab edə bilərsiniz? Rəssamlar da elə. Pul qazanmaq üçün, "xaltura" üçün çəkilmiş əsər sənət deyil. Mən şəxsən əla dolanıram, pis də dolansam, günahı özümdə axtaracam. İnsan istedadlıdırsa, zəhməti sevirsə, rəssamlığı sevirsə, o, mütləq öz sənəti ilə pul qazanmağın yolunu tapacaq. Onlarla, yüzlərlə dizayn, reklam şirkəti var. İstedadlı rəssam belə kompaniyalarla əməkdaşlıq edib asanlıqla öz dolanışığını təmin edə bilər.

Bura Azərbaycandır. Burda həmişə həqiqi sənətə qiymət verilib. Deyirlər ki, ciddi əsər çəkəndə satılmır, alıcı zəifdir. Göstərsin bir ciddi əsərini, mən özüm o əsəri alıram. "Alıcı yoxdur, azərbaycanlılar rəsm əsəri almır" demək absurddur. Sadəcə, özünü ifadə edə, auditoriyasını tapa bilməyən rəssamlar var. Bunun üçün isə sərgilər təşkil etmək, özünü tanıtmaq lazımdır. Sənət həmişə var olub, olacaq da. Qoy bu millətə stimul verək, niyə hamı ağlayır ki!

Bizim toğrullar, tahirlər, mircavadlar, muradlar, səttarlar, ömərlər, mənim adını daşıdığım bəhruzlar olub və olacaq da. Çünki bizim keçmişimizlə birlikdə gələcəyimiz də var. Sadəcə, bunu düzgün yönləndirmək lazımdır.

Deyinə-deyinə bu məmləkəti "xaltura"ya öyrəşdirənlər elə belələridir".

Xatırladaq ki, Axar.az-ın keçirdiyi sorğuda üç rəssam dolanışıq üçün "xaltura"nın şərt olduğunu demişdi.

Tarix
2015.04.25 / 16:41
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla