Yuxarı

“Mən açıq mübarizə aparıram” – Maşın-şou

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mən açıq mübarizə aparıram” – Maşın-şou

"Elçin Hüseynov məni təhqir etdi".

Bu sözləri stilist Anar "Maşın şou"nun dünənki buraxılışında Elçin Hüseynovla aralarında yaşanmış qalmaqalla bağlı Axar.az-a danışarkən deyib:

"Orada qruplaşmalar mövcuddur. Bununla yanaşı, 5 nəfərdən ibarət neytral bir qrup da mövcuddur. Mən isə tək bütün qruplaşmalara qarşı mübarizə aparıram. Elçin dünən məni tanımadığı təqdirdə "sən kimsən?" – deyib məni təhqir etdi. Sizcə, bu nə dərəcədə etikdir? Mən Elçini şəxsən tanımırdım, bir-birimizi "Maşın şou"da tanımışıq. Mənə səviyyə fərqimizdən dəm vurub istehza ilə yanaşdı. Çünki mənim potensial rəqib olduğumu orada hər kəs bilir.

İlk gündən demişdim ki, mən Roza Zərgərlini çıxaracam. Çünki Roza xanımın bir sözü ilə digəri üst-üstə düşmür, o, publikaya oynayır və özünü olduğu kimi yox, başqa biri kimi aparır. Sözümü dedim və dediyimi də etdim. Mübarizəni açıq şəkildə aparmaq lazımdır. Elçin isə dünən kimisə vuracağını dilə gətirib, açıq rəqabət aparmaqdan çəkindi. Çünki bilirdi ki, kifayət qədər səs toplamayacaq. Rüsvay olmamaq üçün əvvəlcədən dedi ki, mənə səs yollamayın. Belə də şey olar? Bu axı "Səs verməyin" formatında veriliş deyil. Burda tamaşaçılardan kömək istəmək və onlara etibar etmək lazımdır. Elçini camaat müğənni kimi yox, şadlıq sarayı sahibi kimi tanıyır. O, insanlar arasında sinfi fərq qoyur – bu kasıbdı, mən varlıyam və sairə. Belə şey etmək olmaz. Həyat elədir ki, biri varlı olanda biri kasıb olur. Burada qəbahət bir şey yoxdur. Lakin bunu dilə gətirmək böyük səhvdir. Etiraf edirəm ki, Aygün xanımla çox gözəl dostluq münasibətlərimiz var. O, mənim canımdı, ürəyimdi. Amma şəxsi münasibətləri başqaları kimi şouya daşımaq olmaz. Mən açıq mübarizə aparıram və televiziya tamaşaçılarına öz minnətdarlığımı bildirirəm ki, məni dəstəkləyib, arxamda dururlar".

Xatırladaq ki, dünən "Maşın şou"da Anar Ağakişiyev Elçinin onu çıxaracağını bildiyini deyərək, tamaşaçılardan "getsin"ə səs istəyib. Elçin Hüseynov isə səs istəməməsinə baxmayaraq, 62,76 faiz səs toplayıb. Istənilən iştirakçını yarışdan çıxarmaq fürsəti qazanan Elçin Hüseynov özü şoudan ayrılıb.

Tarix
2015.05.15 / 22:56
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla