Yuxarı

Türk Mədəniyyəti Fondunda “Qorqudnamə” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk Mədəniyyəti Fondunda “Qorqudnamə” - Foto

Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyənin tanınmış şairi, araşdırmaçı və tərcüməçisi Kənan Çarboğanın “Qorqudnamə” kitabının təqdimat mərasimi baş tutub.

Kult.az xəbər verir ki, təqdimat mərasimində xalq yazıçıları Anar və Kamal Abdulla, TÜRKSOY-un Baş katibi prof. dr. Düsen Kaseinov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva və s. qonaqlar iştirak edib.

Q.Paşayeva kitab haqqında fikirlərini bölüşərkən, mövzunun umumtürk mədəniyyəti, türk mədəni irsi baxımından xüsusi önəmini vurğulayıb. Müəllifin imzasının Azərbaycan ədəbiyyatçıları və türkoloqlarına yaxşı məlum olduğunu deyən Q.Paşayeva onun kitabının TÜRKSOY-un dəstəyi ilə nəşr edildiyini və tədbirin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda, bundan öncə ilk rəmzi təqdimatının Füzulidə, ermənilərin dağıtdığı “Araz” qəzeti redaksiyasının qalıqları önündə keçirilməsinin çox anlamlı olduğunu söyləyib.

Təqdimatdan sonra TÜRKSOY Baş katibi prof.dr. Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva ilə görüşən Q.Paşayeva hər iki ortaq türk qurumu ilə Mədəniyyət Komitəsinin gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparıb. Qarşılıqlı maraq doğuran məsələnin müzakirəsindən sonra Q.Paşayeva D.Kaseinov və G.Əfəndiyevaya üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı bağışlayıb.

D.Kaseinova Azərbaycan Vətən Müharibəsi vaxtı verdiyi mənəvi dəstək üçün Komitə adından təşəkkür məktubu da təqdim edən Q.Paşayeva, “Qoy saatlarımız bundan sonra bizi mədəniyyət paytaxtımız Şuşada keçirəcəyimiz yeni tədbirlərə daha da yaxınlaşdırsın”, deyib.

Tarix
2021.01.23 / 22:29
Müəllif
Kult.az
Digər xəbərlər

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

Medvedyevdən şok: Yeni superdövlət yaradılır, lideri...

Ciddi hadisə: Naxçıvanın muxtar statusu ləğv edilir

ABŞ İranı mütləq vuracaq: elə şərtlər irəli sürüb ki...

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

Si Putinə qəzəblidir: Bu oyun Çinə ağır zərbə vurdu

Mühüm tədbir: Prezidentin səhifəsində video paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla