Yuxarı

Serjin Bakını hədələməkliyi: biabırçı keçmiş?..

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, Allah qoymasa, Ermənistan ordusunun yarandığı gündür. Hər il bu vaxtı ermənilər vertolyot, təyyarə uçurar, ordunun “əzəmətini” göstərər, paradfason keçirib, nələrsə nümayiş etdirərdilər.

İndi isə vəziyyət belədir: Paşinyan ölən əsgərlərin qəbirlərini ziyarətə gedir, siyasilər isə orduya mərsiyə xarakterli statuslar yazırlar.

Zatən nəyi uçursunlar: helikopter, qırıcı qalıbmı ki? Qalanları kim sürsün? Sürməyə sağ pilot tapılırmı?

Hansı tankı göstərsinlər? Onların tankını Bakıda Azərbaycan Ordusu göstərdi – vurulub-yandırılmış, metalloma çevrilmiş halda.

Ordu varmı ki, bir söz də desinlər? Rəsmi statistikaya görə, ordunun arsenalının 85 faizi məhv edilib, şəxsi heyətin 40 faizi sıradan çıxıb, qalan 60 faiz də fərarisi fərari, qalanının da ruhu zad olub, yəni şey...

Sərkisyan – Ermənistanın keçmiş prezidenti də açıqlama-statusfason bir zad paylaşıb. Deyir, hər il bu günü sevinclə qeyd edirdik, amma bu gün əhval-ruhiyyə fərqlidir, qurbanlara və digər itkilərə görə hamı kədərlənir.

Sonra ordunun “arxadan bıçaqlandığı”, “xəyanət edildiyi”, “zəiflədildiyi” haqda nağıllar uydurandan sonra başlayır hədələməyə: qisasa çağırış edir, “yumruğunun gücündən” danışır və “düşmənə yaxın zamanda biabırçı keçmişinin” xatırladılacağını bildirir.

Sərkisyan olduqca şərəfsiz qaniçəndir: heç vaxt döyüş görməyib, əsl ordu ilə, əsgərlə üz-üzə gəlməyib. Bu qatil yalnız dinc əhalini qırmaqda pərgardır və 1992-ci ildə Xocalı qətliamını törətməsi ilə qürrələnəcək qədər ləyaqətsiz olduğunu hər zaman nümayiş etdirib.

İndi də 90-cı illərin əvvəllərində silahsız dinc əhalini qırmasını yada salır, “biabırçı keçmiş”dən danışır.

1992-ci il Xocalı soyqırımı haqda rus zabitlərin xatirələri bütün dünyada məşhurdur. Rus zabitləri 366-cı motoatıcı diviziyanın bu soyqırımda iştirakından sarsılaraq, “rus əsgərləri zabit şərəfini itirdilər” deyir, car çəkirdilər.

Sərkisyan isə bu şərəfsizliklə - dinc əhalini tankla qırmaqla fəxr edirdi.

“Biabırçı keçmişə” qalanda: Sərkisyan-Köçəryan qüvvələri hələ ordumuz tam formalaşmadığı bir vaxtda Yeltsinin göstərişi və rus hərbçilərinin birbaşa yardımı ilə Gəncə-Mingəçevir istiqamətində 1993-cü ilin payızında başladıqları və qısa müddətdə darmadağın olduqları savaşı da xatırlamaya bilməz. 1994-cü ilin atəşkəsinə Sərkisyan-Köçəryan dəstələri məhz buna görə razı olmuş, Yeltsinin müharibəni davam etdirmək tələbindən imtina etmişdilər.

Bu, o zaman idi ki, hələ düz-əməlli ordumuz yox idi, sadəcə, Heydər Əliyev hakimiyyətə gəlmişdi və könüllülər “Heydər uğrunda” savaşa girmişdilər.

Həmin dövrün müharibə iştirakçılarının internetdə çoxsaylı xatirələri var. Sərkisyanın və Köçəryanın sülh üçün necə yalvardıqları, atəşkəsə nail olmaq üçün bir neçə dəfə müraciət etdiklərini dövrün yetkililəri dəfələrlə bildiriblər. Yoxsa ermənilər 1994-cü il atəşkəsinə razı olardımı? Kim bilmir ki, ermənilər işğalçılıqdan yalnız məcbur qaldıqda əl çəkirlər.

O ki qaldı Ermənistan ordusunun “qüdrətinə”, Sərkisyan Aprel savaşında əsl Ordu ilə qarşılaşdığını “yaddan çıxarıb” və yaxud şərəfsizcəsinə yaddan çıxarmaq istəyir. Aprel savaşında Sərkisyanın qürrələndiyi “Ohanyan səddi” 40 dəqiqə içində darmadağın edildi və həmin vaxt hamı yaxşı bilir ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilər heç də Lələtəpə deyildi: hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Ordusu Dördgünlük müharibədə neçə rayona daxil olmuşdu.

Sadəcə, Sərkisyanın rayonları qaytarmağa razılaşmasından və 2011 razılaşmasının icrasına söz verməsi səbəbindən savaş dayandı, Ordumuz geri çəkildi və Moskvada razılaşma əldə olundu. Həmin gündən başlayaraq isə Sərkisyan Rusiyanın təzyiqini də üzərində hiss etməyə başladı: 5+2 rayonun qaytarılması, Lavrov planı və s. o vaxtdan aktivləşdirildi.

Sərkisyan Aprel müharibəsində darmadağın olmuşdu və döyüşün ilk günündəcə bütün şərtləri qəbul edərək, Rusiyanın ayağına döşənmişdi. 2020-ci ilin sentyabr savaşı məhz 2016-cı ildə Sərkisyanın götürdüyü öhdəliyi yerinə yetirməmək üçün tez-tələsik hakimiyyəti Paşinyana ötürməsinin, Paşinyanın isə bu öhdəlikdən imtina edərək, işğalı davam etdirmək siyasətinin nəticəsi idi.

Sərkisyanmı “düşmənə biabırçı keçmişini” xatırladır? Bu şərəfini Xocalıda itirən və yaxud əvvəldən şərəfsiz doğulan qatil Azərbaycan Ordusunun qüdrətini çox yaxşı qanır. Özü bir gün öncə açıqlama vermişdi ki, Ermənistan ordusu ən azı 3-4 milyard dollarlıq arsenaldan məhrum olub. Sən bu silahları yerinə qoymaq üçün illik 500 milyonluq ümumi müdafiə büdcəsi ilə neçə il hazırlaşmalısan? Hansı “yaxın günlərdə” “yumruq” göstərə bilərsən?

Hər zaman Azərbaycan mədəniyyəti, sərvəti, mətbəxini oğurlayıb, torpağına göz dikən erməni xislətinin bariz nümunəsi Sərkisyan indi də Azərbaycan Prezidentinin sözünü oğurlayır. O qədər düşüncəsiz manqurtdur ki, hətta söz də tapa bilmir, “düşmən”in sözünə möhtac qalır.

“Yumruq” Azərbaycan Ordusunundur, İlham Əliyevindir və əməliyyatın adıdır: həm də sıradan yumruq deyil, Dəmir Yumruqdur. Bu Dəmir Yumruq isə ilk dəfə 2016-cı ildə məhz Sərkisyanın təpəsinə dəyib – Apreldə.

Sərkisyan bu Yumruqdan hakimiyyətini və hər zadını itirib, ona görə Yumruq yaddaşında bu cür qalıb.

Heç vaxt 1992-ci ildəki vəziyyət qayıtmayacaq: çünki qüdrətli Azərbaycan Ordusu buna imkan verməyəcək.

Bir daha dinc Azərbaycan xalqına qarşı soyqırıma imkan verilməyəcək – ermənilər hər zaman sərkisyanvari baş qaldıranda onların başını əzən Dəmir Yumruğu görəcəklər!

Domokl qılıncı kimi, Dəmir Yumruq hər zaman sərkisyanların başı üzərindədir...

Tarix
2021.01.28 / 21:23
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla