Yuxarı

12 yaşlı rəssamın sərgisi baş tutdu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
12 yaşlı rəssamın sərgisi baş tutdu - Foto

Mayın 31-də İçərişəhərdə yerləşən "Natavan Galleri"də gənc rəssam, 12 yaşlı Ləman Əfəndiyevanın ilk fərdi sərgisi keçirilib.

Axar.az xəbər verir ki, Evrika liseyinin təşəbbüsü ilə baş tutan sərgidə müəllifin 70-dən çox rəsm əsəri nümayiş olunub. "Lyaman’s World" adı altında təşkil olunan tədbirdə müxtəlif mövzularda kətan üzərində yağlı boya və kağız üzərində sulu boya ilə işlənmiş əsərlər sərgilənib.

Qeyd edək ki, Ləman Əfəndiyeva hələ kiçik yaşlarından peşəkar rəsm sənəti ilə məşğuldur. O, 2012-ci ildə Təhsil, Gənclər və İdman Nazirliklərinin keçirdiyi "Bayrağımız qürur mənbəyimizdir" rəsm müsabiqəsinin diplomantı adına layiq görülüb. Bundan əlavə L.Əfəndiyevanın çəkdiyi rəsm əsərləri 2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi "Sağlam yaşayaq, sağlam olaq" rəsm olimpiadasının, 2014-cü ildə Evrika liseyində keçirilən "Byraq mənliyimdir", 2015-ci ildə Səhiyyə Nazirliyinin təşkil etdiyi "Sağlam, narkotiksiz həyat seç" rəsm müsabiqələrinin fəxri fərmanları, sertifikatlarına layiq görülüb.

Tarix
2015.06.01 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla