Yuxarı

Şuşada tikiləcək türk məktəbi bu cür olacaq - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada tikiləcək türk məktəbi bu cür olacaq - Foto

Şuşada tikəcəyimiz məktəbin əsas girişi Osmanlı və Səlcuqlu motivli çinilərlə bəzədiləcək.

Kult.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının müşaviri, memar Ziya Günaydın deyib.

“Şuşada quşa bənzəyən, xarıbülbül adlı çiçək var... O, bayraq tək önəmli güldür. Bu çiçəyin surətini məktəbimizin fasadına quraşdıracağıq... Qapının hündürlüyü 4 metr, eni 3 metr olacaq. Osmanlı və səlcuqlulardakı kimi böyük qapılar millətin böyüklüyünü və gələcəyini ehtiva edir”, - Z.Günaydın bildirib.

MHP sədrinin müşavirinin sözlərinə görə, binanın pəncərələrində Safranbolu, Divriği kimi türk xalq arxitekturasındakı elementlərdən istifadə ediləcək: “Məktəbin damında 30 tona yaxın bürünc istifadə ediləcək, eyni zamanda Türkiyə və Azərbaycan bayraqları yan-yana ucaldılacaq. Siniflər, müəllimlər otaqları, atelyelər kimi bir çox sahələr funksional olacaq və arxitektura ilə vəhdət yaradacaq şəkildə layihələndiriləcək”.

Qeyd edək ki, Ziya Günaydın məktəb binasının təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin MHP sədri Dövlət Bağçalının iştirakının planlaşdırıldığını açıqlayıb.

Tarix
2021.02.20 / 12:45
Müəllif
Kult.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla