Yuxarı

“Bu, artıq həyəcan təbilidir...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, artıq həyəcan təbilidir...”

"Mən uşaq ədəbiyyatının inkişaf etmədiyini, yerində saydığını iddia edirəm".

Bu sözləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaq ədəbiyyatının hazırkı vəziyyəti ilə bağlı Axar.az-a danışan tənqidçi Vaqif Yusifli deyib:

"Uşaq ədəbiyyatı" deyəndə ağlıma ilk növbədə klassiklər gəlir: Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir və s. Bundan başqa, Sovet dövründə Teymur Elçin, Məstan Günər, Xalidə Hasilova, Xanımana Əlibəyli, İlyas Tapdıq kimi uşaq yazarları var idi. Mən bu müəlliflərin yazdıqlarını həmişə ən yaxşı uşaq ədəbiyyatı nümunələri hesab etmişəm. Uşaq ədəbiyyatına sosial-ictimai faktorların təsiri az olur. Məsələn, Lenin baba və s. mövzulara toxunmağın da uşaq ədəbiyyatına elə bir ciddi ziyanı olmayıb. Belinskinin bir sözü var: "Uşaq şairi yaranmır, doğulur". Yəni "Mən uşaq yazarıyam" deməklə alınmır. Xanımana Əlibəyli bütün yaradıcılığını ancaq uşaqlara həsr edib. Hazırkı dövrdə isə bu sahədə xaotik bir mənzərə var. Nizami adına Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatına aid böyük bir müşavirə keçirildi. Bu, artıq bədii ədəbiyyatın həyəcan təbilidir. Əsas iş uşaq şairlərinin, yazıçılarının üzərinə düşür. Əvvəl uşaqları başqa şeylər düşündürürdü, indi başqa şeylər. Zamanın uşaqlarda yaratdığı təsiri, həyəcanı əks etdirən yaxşı əsərlər azdır. Məsələn, Gülzar Nənənin işləri yaxşıdır, əlindən gələni edir. Mən uşaq ədəbiyyatının inkişaf etmədiyini, yerində saydığını iddia edirəm. Ədəbiyyatın Qarabağ müharibəsinə təsiri nə qədərdirsə, uşaqlara da təsiri o cürdür. Əlifba kitablarından, ana dili dərsliklərindən çox narazıyam. Çox zəif və ya ortabab şeirlər var. Klassiklərimizin çox gözəl uşaq şeirləri var ki, onların kitablarda olmaması məni çox narahat edir. O boşluğu dolduran yoxdur. Bu sahədə çalışanlar var: Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qəşəm İsazadə və s. Uşaq ədəbiyyatında hazırda şedevr nümunələr yoxdur. Mənim dörd nəvəm var. Bu nəvələrə mən nə oxuyum? Hansı gözəl uşaq şeirini oxuyum ki, onları sevindirə bilim? Belə əsərləri tapmaqda çətinlik çəkirəm".

Tarix
2015.06.01 / 18:16
Müəllif
Nigar An
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla